"My Broker"in külli miqdarda vergi boru var

Redaktor

16.12.2025 19:17
120

"My Broker"in külli miqdarda vergi boru var

22 aprel 2016-cı il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyət göstərən "My Broker" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Valyuta.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 123.440,67 AZN təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Rəsulov Rəcəb Lətif oğludur. 

"My Broker" gömrük təmsilçiliyinin ilk rəhbəri Əliyev Rəşad Məmməd oğlu olub. O, şirkəti Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin dövründə yaradıb. 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan bir müddət sonra Rəşad Əliyev də şirkətin rəhbərliyindən gedib.

Rəşad Əliyev-Aydın Əliyev

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...