Redaktor
Lüks insanların seçdiyi xizək kurortları
Dünyanın ən nüfuzlu xizək kurortları təkcə qarla örtülü yamaclarla deyil, eyni zamanda yüksək səviyyəli komfort və fərdi xidmətlərlə seçilir. İsveçrə kral istirahətindən tutmuş, Yaponiyanın unikal tozvari qarları ilə məşhur Niseko bölgəsinə qədər – bu məkanlar həm varlı turistlərin, həm də məşhurların qışda seçdiyi unikal istirahət nöqtələridir.
Valyuta.az dünyanın ən eksklüziv 10 xizək kurortunu araşdırıb. Hər biri öz təbiəti, müştəri portfeli, ulduzlu restoranları və dəbdəbəli mehmanxanaları ilə seçilir.
Klosters, İsveçrə
İsveçrənin Klosters kurortu kral ailələrinin sevimli istirahət məkanıdır. Kral III Çarlz və Şahzadə Uilyam bu sakit və zərif alpin şəhərciyində tez-tez qonaq olurlar. Burada yerləşən Walserhof Hotel və Casa Antica barı illərdir eksklüzivliyini qoruyur.
Courchevel 1850, Fransa
Lüksün sinonimi sayılan bu kurort dizayner butikləri, özəl şalelər və üç Michelin ulduzlu restoranlarla seçilir. Beckham ailəsi, oliqarxlar və kraliyyət üzvləri kimi qonaqlar Courchevel-i qış istirahəti üçün seçirlər.
Zürs, Avstriya
Avropa zadəganlarının üstünlük verdiyi bu kurort Courchevel-dən fərqli olaraq daha təvazökar lüks təklif edir. Princess Caroline və Niderland Kraliçası Beatrix kimi adlar buranı ziyarət edir.
St. Moritz, İsveçrə
Qış olimpiadalarının keçirildiyi və polo turnirlərinin təşkil olunduğu bu kurort qış dəbinin paytaxtıdır. George Clooney və digər beynəlxalq məşhurlar burada istirahət edir.
Zermatt, İsveçrə
Matterhorn dağına panoramik baxışı, dəbdəbəli şaleləri və dünya səviyyəli restoranları ilə məşhurdur. Nicole Kidman, Leonardo DiCaprio kimi adlara burada rast gəlmək mümkündür.
Deer Valley, Yuta, ABŞ
Mükəmməl baxımlı xizək yolları və yüksək səviyyəli xidmətləri ilə tanınır. Stein Eriksen Lodge kimi otellərdə Qven Stefani və Bruce Springsteen kimi məşhurlar qalırlar.
Sun Valley, Aydaho, ABŞ
Amerikanın ilk dəbdəbəli xizək kurortu olan Sun Valley, Hollivud ulduzlarının sevimlisidir. Arnold Schwarzenegger və Tom Hanks kimi adlar bu məkanı üstün tuturlar.
Gstaad, İsveçrə
Zəriflik və sadə lüksü bir araya gətirən Gstaad, Madonna və dünya aristokratları tərəfindən seçilir. Gstaad Palace və The Alpina kimi otellər burada yerləşir.
Niseko, Yaponiya
Dünyanın ən yüngül tozvari qarı ("Japow") ilə məşhur olan Niseko, həm təbiət möcüzəsi, həm də lüks xidmətləri ilə fərqlənir. Hugh Jackman və Sam Neill buranı seçən məşhurlar arasındadır.
Yellowstone Club, Montana, ABŞ
Dünyanın ən özəl xizək klubudur. Buraya yalnız milyarderlər üzv ola bilər. Bill Gates və Mark Zuckerberg kimi texnologiya nəhəngləri burada şəxsi malikanələrində istirahət edirlər.
Tənzilə Ağabalayeva