Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Redaktor

16.12.2025 16:40
58

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6 milyard 784 milyon 340 min ABŞ dolları təşkil edib.  

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB  ölkələrinə ixracın həcmi 1 milyard 627 milyon 223 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 6.95%-ni təşkil edir. 

Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 1 milyard 559 milyon 358 min ABŞ dolları (ümumi ixracın 6.41%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 67 milyon 865 min ABŞ dolları artıb. 

İdxala gəlincə, cari ilin yanvar-noyabr aylarında MDB ölkələrindən idxalın həcmi 5 milyard 157 milyon 117 min ABŞ dolları olub. Bu, ümumi idxalın 24.34%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 4 milyard 766 milyon 513 min ABŞ dolları (ümumi idxalın 25.39%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 390 milyon 604 min ABŞ dolları həcmində artım qeydə alınıb. 

Ölkələr İxrac (min ABŞ dolları) İdxal (min ABŞ dolları)
Rusiya 1 087 796.42 3 420 479.84
Ukrayna 216 895.50 259 734.01
Qazaxıstan 87 227.22 539 992.27
Belarus 71 476.87 306 157.65
Özbəkistan 69 594.63 436 985.15
Türkmənistan 58 537.56 134 500.02
Qırğızıstan 20 013.73 53 082.76
Moldova 4 695.03 5 104.86
16.12.2025

  

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir

16.12.2025

Azərbaycanda çay istehsalı azalıb

16.12.2025

Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq ediləcək

16.12.2025

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.12.2025

Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi ®

16.12.2025

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı

16.12.2025

Nazir sabiq bankiri sədr müavini təyin etdi

16.12.2025

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

16.12.2025

Azərbaycanda elektron siqaretlər qadağan olunur

16.12.2025

Məsafədən iş əmək müqaviləsilə olacaq

16.12.2025

Alimentlərə görə işçinin əməkhaqqından bu qədər tutulacaq

16.12.2025

Bu şəxslərə orta əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək

16.12.2025

Bir elektromobilin orta qiyməti 50 min manata düşüb

16.12.2025

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

16.12.2025

Borcu olan bu şirkətin möhürü də itdi

16.12.2025

Azərbaycan xaricdən geyim almağa 400 milyon dollardan çox xərc çəkib

16.12.2025

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

16.12.2025

46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir

16.12.2025

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

16.12.2025

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

16.12.2025

Məzənnə

Yüklənir...