Redaktor
Bir elektromobilin orta qiyməti 50 min manata düşüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 55 milyon 285 min dollar dəyərində 1 861 ədəd elektromobil idxal edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il idxal edilən elektromobillərin sayı 1 010 ədəd ədəd və ya 35,17%, dəyəri isə 59 milyon 507 min dollar və ya 51,86% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəyə 114 milyon 792 min dollar dəyərində 2 871 ədəd elektromobil gətirilib.
Bu ilin ilk 11 ayında bir elektromobilin orta idxal dəyəri 29 min 692 dollar (50 min 476 manat) təşkil edib. Ötən ilin yanvar-noyabr ayında isə bu rəqəm 39 964 dollar (67 min 939 manat) idi.
Bu isə illik müqayisədə 10 min 272 dollar və 25,7% azdır.
Mayya Hüseynova