Bakıda Yeni il yolkalarının qiymətləri

Redaktor

16.12.2025 15:13
526

Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI

Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın əsas atributlarından biri yolka ağaclarıdır. Bayram yaxınlaşdıqca, yolkalarda bahalaşma hiss olunur. Satıcılar bildirir ki, bu il qiymətlər əvvəlki illə müqayisədə təxminən 25–30% yüksəkdir. 

Valyuta.az bayram ərəfəsində yolka ağaclarının qiymətini araşdırıb. Qiymətlər ölçü və kateqoriyaya görə fərqlənir.

1. Kiçik ölçülü yolkalar

Kiçik ölçülü yolkalar (60 sm – 1,5 m)

Qiymət aralığı: 10–200 AZN

Bu yolkalar daha ucuzdur, lakin sadə və kompakt dizayna malikdir.

2. Orta və böyük ölçülü yolkalar

Geniş otaqlar, biznes salonları və açıq məkanlar üçün nəzərdə tutulur.

1,5 m ölçülü yolkalar: 99–155 AZN

1,8 m ölçülü yolkalar:  155 AZN

2,4 m hündürlükdə olanlar:  299 AZN

2,4–2,7 m arası iri yolkalar: 469–649 AZN

3 m və daha böyük modellər: 1 099 AZN

Bu kateqoriya həm süni, həm də bəzəkli modelləri əhatə edir.

3. Təbii (real) yolkalar

Təbii çam və şam ağaclarından hazırlanmış yolkaların qiyməti də yüksəkdir.

1,5 m ölçülü real yolkalar: 400–450 AZN və daha bahadır.

Bu yolkalar daha qısa ömürlü olsalar da, təbii görüntüsü və ətri ilə seçilir.

4. Premium və iri modellər

Premium yolkalar xüsusi dizaynlı, LED işıqlı və daha sıx budaqlıdır.

Qiymət: 500 AZN-dən yuxarı, bəzi modellər isə 1 000 AZN-dən də bahadır.

Bu kateqoriya iri obyektlər, hotellər və biznes məkanları üçün nəzərdə tutulur.

Şəbnəm İbrahimxəlil

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...