Elektron siqaretlərdən istifadə edənlər cərimələnəcəklər?

Redaktor

16.12.2025 20:32
112

Elektron siqaretlərdən istifadə edənlər cərimələnəcəklər?

"Dünyada elektron siqaretlərin təbliği hallarını bloqerlərin təqdimatında, eləcə də cizgi filmlərinin tərkibində reklam kimi görürük".

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Şahin İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Mediamız qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib - Şahin İsmayılov

O bildirib ki, dünyada 100 milyondan çox elektron siqaret istifadəçisi var: "13-15 yaş qrupunda olanların sayı 15 milyon civarındadır. Həmçinin qadınlar arasında da elektron siqaretdən istifadə halları artmaqdadır. Dünyanın 46 ölkəsində elektron siqaret tamamilə qadağan edilib. Qanun qüvvəyə mindiyi zaman buna qədər alınan elektron siqaretlərin də aqibəti bəlli olacaq".

Milli Məclisin deputatı Soltan Məmmədov isə bildirib ki, illərdir onkoloji xəstəliklərlə mübarizə aparılır və icbari tibbi sığorta çərçivəsində bu xəstəliklərin müalicəsinin daha geniş əhatə olunması məsələsi müzakirə edilir:

Soltan Məmmədov: Tibbi tullantıların zərərsizləşdirilməsinə nəzarət  gücləndirilməlidir - AZƏRTAC

"Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik rəqəmlərə baxdıqda görürük ki, bir sıra inkişaf etmiş ölkələrdə belə elektron siqaretlərin istifadəsi xüsusilə yetkinlik yaşına çatmamış uşaqları əhatə edir. Elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmamış şəxslər arasında, yetkin insanlarla müqayisədə təxminən 10 dəfəyə qədər daha yüksəkdir. Bu isə onu göstərir ki, bir çox uşaqlar adi tütün məmulatlarından istifadə etməsələr belə, birbaşa elektron siqaretlərə yönəlirlər. Ölkəmizdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi təkcə bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Bu çərçivədə elektron siqaretlərin qadağan olunması, xüsusilə tərkibində çoxsaylı kanserogen maddələr olan, nikotinin az və ya heç olmadığı halda belə digər zərərli kimyəvi maddələrlə zəngin olan bu vasitələrin istifadəsinin qarşısının alınması bir sıra xəstəliklərin artmasının qarşısını almağa xidmət edir".

Deputat əlavə edib ki, qanun qüvvəyə mindikdən sonra cərimələrlə bağlı digər hüquqi normativ aktlara dəyişiklik ediləcək:

"İstənilən qanunun effektiv icrası üçün qadağaların pozulmasına qarşı sanksiyalar mütləqdir. Cərimələrin məbləği və digər mexanizmlər isə qanun qəbul edildikdən sonra müvafiq normativ-hüquqi aktlarla tənzimlənəcək".

Milli Məclisin digər deputatı Azər Əmiraslanov isə vurğulayıb ki, Azərbaycanda vətəndaşların sağlamlığı əsas götürülüb:

Azər Əmiraslanov: Azərbaycanda 2024-cü ilin makroiqtisadi mənzərəsi  qənaətbəxş olub - AZƏRTAC

"Dünya miqyasında aparılan araşdırmalar təsdiq edir ki, elektron siqaret insan sağlamlığına ciddi ziyan vurur. İlin ilk 11 ayı ərzində 20 milyon manat dəyərində elekton siqaret ölkəyə gətirilib. İl sonuna qədər bu rəqəm arta bilər".

Oxu.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...