Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Redaktor

20.05.2025 20:03
283

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Valyuta.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər "Digital Login" əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Mənbə: Oxu.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...