Redaktor
Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10
"Tesla Model Y" satışlarının azalması davam edir, kompakt krossover "Toyota RAV4" isə qlobal avtomobil bazarının lideri olur.
Valyuta.az xəbər verir ki, bu barədə "Focus2Move" məlumat yayıb.
2025-ci ilin əvvəlindən oktyabr ayına qədər "Toyota RAV4" satışları 0,6% artıb, "Tesla Model Y"in populyarlığı isə 12,7% azalıb. Qeyd etmək lazımdır ki, bu, "Tesla" üçün əhəmiyyətli bir problem deyil, çünki şirkətin ən populyar modeli hələ də TOP-3-dədir, yalnız yuxarıda adı çəkilən krossover və "Toyota Corolla"dan geri qalır (sonuncunun satışları 8,1% azalıb).
İlk üçlüyün arxasında Amerika bazarının ən çox satılan avtomobili - əfsanəvi "Ford F-Series" pikapı qərarlaşır, kompakt "Honda CR-V" krossoveri isə TOP-5-i bağlayır.
Dünyanın ən populyar 10 avtomobili:
1. Toyota RAV4
2. Toyota Corolla
3. Tesla Model Y
4. Ford F-Series
5. Honda CR-V
6. Chevrolet Silverado
7. Hyundai Tucson
8. Toyota Camry
9. Toyota Hilux
10. Kia Sportage
Ekspertlər qeyd edirlər ki, ənənəvi dizel və benzin modelləri hələ də TOP-50-də yaxşı performans nümayiş etdirsələr də, yeni elektrik avtomobilləri dünyada getdikcə populyarlıq qazanır.
Digər diqqətəlayiq tendensiya Çin avtomobillərinin sürətlə artan populyarlığıdır. Məsələn, yeni elektrik hetçbeki "Geely Xingyuan" dərhal 2289 mövqe yüksələrək 14-cü yeri tutub.
Paşa Məmnmədli