Redaktor
Metroda işləmək istəyənlərin nəzərinə! - Yeni iş yerləri açılır
Metropoliten sahəsinə aid olan fəhlə peşələrinin siyahısı genişləndirilib.
Valyuta.az xəbər verir ki, markşeyder işlərində dağ-mədən fəhləsi, nəzarət vaqonunun tənzimləyicisi, rezin məmulatların təmirçisi və yol nəzarətçisi peşələri də siyahıya əlavə edilib.
Markşeyder işlərində dağ-mədən fəhləsi (3-cü dərəcə)
İşin xüsusiyyəti: Yeraltı və açıq dağ-mədən işlərində plana alma (çəkiliş) və ölçmə işlərinin icrası üçün ölçü cihazlarının, geodeziya alətlərinin quraşdırılması, geodeziya nişanlarının qoyulması, dirəklərin, ştativlərin quraşdırılması. Alətlərin daşınması, cihazların silinməsi və təmizlənməsi. Ölçü materiallarının emalında iştirak edilməsi. Reperlərin bərkidilməsi.
Bilməlidir: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
Markşeyder işlərində dağ-mədən fəhləsi (4-cü dərəcə)
İşin xüsusiyyəti: Qazma konturlarının müəyyən edilməsi, nivelirləmə, mədən səthi obyektlərin, tunellərin tikintisi zamanı markşeyderin rəhbərliyi altında teodolit, nivelir və sair ölçmə cihazlarından istifadə edərək ölçmə işlərinin yerinə yetirilməsi. Geodeziya ölçülərinin eskizinin hazırlanması, dizaynı. Tunellərdə yol nişanlarının quraşdırılması, geodeziya piketlərinin qoyulması.
Bilməlidir: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, geodeziya nişanlarının quraşdırılmasını, ölçmə və nivelirləmə aparılmasının əsas üsullarını və qaydasını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizilik texnikası qaydalarını.
Nəzarət vaqonunun tənzimləyicisi (6-cı dərəcə)
İşin xüsusiyyəti: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi və sazlanması. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi.
Bilməlidir: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Nəzarət vaqonunun tənzimləyicisi (7-ci dərəcə)
İşin xüsusiyyəti: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi, sazlanması, texniki xidmət və təmiri. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi. İstismar prosesində yaranan çatışmazlıqların aradan qaldırılması və işin düzgünlüyünə nəzarət edilməsi.
Bilməlidir: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Rezin məmulatların təmirçisi (5-ci dərəcə)
İşin xüsusiyyəti: İstismarda olan avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmiri və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi.
Bilməlidir: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Rezin məmulatların təmirçisi (6-cı dərəcə)
İşin xüsusiyyəti: İstismarda olan eskalator və travolatorların rezin sürahilərinin, avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmirinin və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi.
Bilməlidir: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Yol nəzarətçisi (2-ci dərəcə)
İşin xüsusiyyəti: Qulluq etdiyi sərhədlər daxilində yolun, təmas relsinin, yoldəyişdirici qurğuların vəziyyətinə sistemli müşahidə və nəzarətin həyata keçirilməsi. Yolda qatarların hərəkəti üçün təhlükə yarada biləcək kənar əşyalar aşkar etdikdə onların əndazə həddindən kənara çəkilməsi, hərəkət qatarından düşən əşyaların sahənin böyük yol ustasına (yol ustasına) təhvil verilməsi. Tuneldə və yerüstü sahələrdə ona təhkim olunmuş sahə daxilində yol relslərinin, təmas relslərinin, yoldəyişdirici qurğuların saz vəziyyətdə və təmiz saxlanması. Reper tumbalarının bütövlüyünün və yol nişanlarının təmizliyinin yoxlanılması.
Bilməlidir: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Yol nəzarətçisi (3-cü dərəcə)
İşin xüsusiyyəti: Qatarların hərəkət təhlükəsizliyinə maneə yarada biləcək nöqsanların vaxtında aşkar edilməsi. Təsdiq edilmiş cədvələ əməl etməklə yolun, təmas relsinin və yoldəyişdirici qurğuların vəziyyətinin sistemli müşahidə edilməsi. Rels qovuşuqlarının vəziyyətini, ara məsafələrinin norma daxilində olmasını, yanlıqlarda çatın olub-olmamasını, boltların bərkliyinin və elektrik birləşdiricilərinin bütövlüyünün yoxlanılması. Qaynaq qovuşuqlarında çatın və ya sınığın və nişanlanmanın olub-olmamasının yoxlanılması. Əksqaçıcıların, altlıqların, kəfkirli millərin, bəndləyicilərin, ağac şpalların, gödək şpalların, çevirici tirlərin və yol betonunun vəziyyətinin, təmas relsində qovşaqların, örtüklərin bütövlüyünün və təmizliyinin yoxlanılması.
Bilməlidir: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, metropolitenin təmas relsindən gərginliyin çıxarılması və verilməsi qaydalarını.
Trend.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026