Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Redaktor

16.01.2025 11:45
1,154

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salıb. İndi bazarda mənzillər, əsasən, ipoteka kreditləri və ya uzun müddətə verilən daxili kreditlərlə satılır. Müştərilərin öz vəsaiti hesabına haqqı tam ödənilməklə mənzil alışı isə xeyli azalıb. 

Valyuta.az bildirir ki, mövcud vəziyyət mənzil bazarında qiymətlərə təsir etməyə başlayıb və bazar uzun fasilədən sonra qiymət enmələrinin şahidi olur.  

Artıq “ikinci əl” (təkrar mənzil) bazarında satılan mənzillərlə yanaşı, ilkin bazarda (şirkətlərin özü tərəfindən satılan mənzillər) da qiymətlər enir. 

Bazarda alıcı qıtlığını yaradan başlıca səbəb qiymətlərin xeyli yüksəlməsi və alıcılar üçün mövcud qiymətlərin əlverişli olmamasıdır. İqtisadi qaydalara görə, hər hansı məhsulun satışına təsir göstərən başlıca amil qiymət amilidir. Qiyməti azalan məhsulun satışı artıdığı kimi, qiyməti artan məhsulun satışının azalması da qanunauyğundur. 

Mənzil bazarının xüsusiyyəti elədir ki, burada qiymətlər yüksəldikdə ilkin mərhələdə alıcı qüvvəsi də artır. Bunun səbəbi, mənzil alışının həm də investisiya xarakterli olması ilə bağlıdır. Yəni mənzil alanlar sadəcə məişət şəraitini yaxşılaşdırmaq istəyənlərdən ibarət deyil. Alıcılar arasında həm də sahib olduğu sərbəst vəsaiti qorumaq, uzunmüddətli dövrdə daha dəyərli etmək, investisiya qoymaq istəyənlər də var. Buna görə də, mənzil bazarında bahalaşma başlayanda mənzil alışları da artır və qiymətlər daha çox yüksəlir. 

Amma qiymətlər çox yüksəldikdən sonra, investisiya məqsədilə mənzil almaq istəyənlər gözləmə mövqeyinə keçir, sərbəst vəsaitlərini daşınmaz əmlaka yönəltmək istəmirlər. Bu yanaşma mənzil bazarına daxil olan vəsaiti azaltdığından, qiymətlərdə artım dayanır və sonra tədricən ucuzlaşma baş verir. Bazarda hazırda müşahidə edilənlər məhz buna uyğundur.

Bazarda alıcı kütləsinin azalmasına səbəb olan amillər sadəcə qiymətlərin çox yüksəlməsi ilə bağlı deyil. Başqa amillər də var ki, bunlar mənzil alışını azaldır və yəqin ki, həmin amillərin təsiri hələ uzun müddət bazarda hiss olunacaq. 

Mənzil bazarında alıcı qüvvəsini azaldan amillər arasında iki faktoru daha çox qabartmaq olar. Birincisi, alıcılarda devalvasiya gözləntisinin yaranması, ikincisi isə Rusiyadan pul köçürmələrin azalmasıdır. Devalvasiya gözləntisi ilə bağlı yaranan amil daha güclüdür. Son bir neçə ayda yayılan şayiələrə görə, Azərbaycanda tezliklə növbəti devalvasiya olacaq. 

Bu ehtimalı nəzərə alan alıcılar mənzil almağa tələsmirlər. Çünki devalvasiya mənzil bazarında qiymətlərə çox güclü təsiretmə imkanına sahibdir. 

2015-ci ildəki devalvasiyalardan sonra mənzil bazarında qiymətlərin xeyli enməsi də bunu təsdiqləyib. Devalvasiyadan sonra 2016 və 2017-ci illərdə çoxlu sayda insan aşağı qiymətə mənzil sahibinə çevrilib. 

​​​​​​Həmin təcrübəni nəzərə alan alıcılar indi - şayiələrin yayılmasından sonra gözləmə mövqeyini seçiblər. 

Devalvasiya ehtimalını mənzil satanlar da nəzərə alır. Satıcılar anlayır ki, belə vəziyyətdə daha yüksək qiymətlərdə israr etməkdənsə, bir qədər qiymət endirimlərinə getməklə mənzil satışını təmin etmək olar. Bu baxımdan, həm alıcıların, həm də satıcıların narahatçılığı mənzillərin ucuzlaşmasına şərait yaradır. 

Mənzil bazarında alıcı qüvvəsini azaldan digər mühüm amil, Rusiyadan pul köçürmələrinin əvvəlki illərlə müqayisədə azalmasıdır. 

Mərkəzi Bankın 2024-cü ilin 9 ayına aid olan məlumatına əsasən, Rusiyadan Azərbaycana pul köçürmələri 411 milyon dollar olub. Bu məbləğ 2023-cü ilin eyni dövründə 829 milyon dollar, 2022-ci ilin 9 ayında 2,267 milyard dollar təşkil edib. 

Rusiyadan 2022 və 2023-cü illərdə məhz köçürmələrin artması Azərbaycanın mənzil bazarında ciddi qiymət artımlarına səbəb olmuşdu. Köçürmələr 2024-cü ildə xeyli azaldığından, mövcud qiymət səviyyəsinin qalması çətindir. 

Beləliklə, həm yüksək qiymətlər, həm devalvasiya qorxusu, eləcə də Rusiyadan köçürmələrin azalması Azərbaycanın mənzil bazarında qiymətlərdə azalmaya əsas yaradıb. Belə vəziyyətdə mənzil bazarında alıcı qıtlığını aradan qaldırmaq üçün qiymətlərin enməsi qaçınılmaz olacaq.

© Sfera.az 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11.02.2026

Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

11.02.2026

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Məzənnə

Yüklənir...