“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

Redaktor

16.05.2025 22:41
295

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

“Tesla” 2025-ci ilin ilk rübündə 336 681 avtomobil çatdıraraq ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 13% azaldıb. 

Valyuta.az xəbər verir ki, bu, şirkət üçün 2022-ci ilin ikinci rübündən bəri ən zəif nəticədir. Aprel ayına dair ilkin göstəricilər isə satış azalmasının davam etdiyini göstərir.

“Tesla” rəsmi olaraq yalnız rüblük satış məlumatları təqdim etsə də, aylıq göstəricilər üçün avtomobil qeydiyyatları əsas götürülür. Bu məlumatlar Avropa bazarlarında ciddi azalma olduğunu ortaya qoyub.

Böyük Britaniyada “Tesla” qeydiyyatları aprel ayında 62% azalaraq cəmi 512 ədəd olub. Almaniyada 46% azalma ilə 885, Fransada 59%, Danimarkada 67%, İsveçdə isə 81% geriləmə qeydə alınıb. Avropadakı satış zəifliyi mart ayındakı mənfi tendensiyanı davam etdirir.

Bəzi analitiklər satış azalmasını “Tesla” rəhbəri İlon Maskın siyasi mövqeyi və prezident Donald Trampa açıq dəstəyi ilə əlaqələndirirlər.

Bundan əlavə, Çin bazarında da zəiflik müşahidə olunub. “Tesla” aprel ayında 58 459 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6%, mart ayına nəzərən isə 25,8% azalmadır.

Çin üzrə ümumi satışlar və ixraclar il ərzində 18,3% azalıb. Rəqiblər – “BYD”, “Nio” və “XPeng” daha ucuz və texnoloji baxımdan cəlbedici modellər təklif edərək bazar payını artırırlar.

Qeyd edək ki, ABŞ bazarına dair aprel məlumatları iyun ayında açıqlanacaq. Şirkət tələbi artırmaq üçün yeni və daha ucuz “Model Y Long Range RWD” modelini 44 990 dollar qiymətlə təqdim edib.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...