“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

Redaktor

16.04.2025 15:52
596

“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3 binası “Aqrarkredit” QSC-yə satılıb.

Valyuta.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyib. Belə ki, onların giriş kartları deaktiv edilib. Qeyd olunur ki, “Landmark” otelinin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.

Xatırladaq ki, binada Avropa İttifaqının Bakıdakı nümayənəliyi, Hollandiya, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur “Boston Consulting”, “Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüröğlu tərəfindən inşa edilib. Onun oğlu Eran Müdüroğlu bir müddət əvvəl Biznes Mərkəzini 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları əsas gətirərək Ədliyyə Nazirliyindən hərrac prosesini dayandırmasını, başqa şirkətə ötürülməsini xahiş etmişdilər.

Qeyd edək ki, Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayevadır. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Ötən il N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...