“İnvestisiya şirkəti bağlansa, pulunuz batmayacaq”

Redaktor

05.02.2025 14:39
346

“İnvestisiya şirkəti bağlansa, pulunuz batmayacaq”

Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq. Bu dəyişiklik investisiya ilə məşğul olanlar üçün maraqlıdır. Bank sektoru ilə müqayisə etsək, əmanətlərin sığortalanmasına qoyulan limit 12% dir. Bəs investisiya bazarında sığortalanma yanaşması deyəndə nə nəzərdə tutulur?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirdi ki, burada söhbət bizim riskli qərarlarımızın sığortalanmasından getmir: “İnvestisiya şirkətlərinin iş mexanizmi budur ki, investorların pulunu investisiya edir. İnvestisiya şirkəti bizim pulumuzla əmlaka, şirkətlərə, səhmlərə investisiya edir. Sığrotalanmaq odur ki, əgər investisiya şirkətinin başına bir iş gəlsə, qoyulan maliyyə, istiqrazlar, səhmlər və s. batmır. Yaxud ola bilər ki, siz investor olaraq investisiya şirkətindən X səhm alıb, Y şirkətinə yatırım etməsini istəyirsiniz. Amma investisiya şirkəti pulu başqa yerə yönəldir. Bu kimi hallar baş verə bilər ki, investorlar bunu görməsin, dələduzluq halları olsun. Bu halda hökumət investisiya riskini sığortalayır. Yəni söhbət investisiya şirkətləri ilə investorlar arasında olan münasibətlərin sığortalanmasından gedir. İnvestisiya şirkəti hər hansı səbəbdən uğursuzluğa düçar olsa, investorun hüquqları müdafiə olunur. Bu zaman investor rahat şəkildə investisiya şirkətinin idarə etməsinə verdiyi ödənişi geri götürə bilər”.

İqtisadçı bildirib ki, bizim investisiya qərarlarımızın nəticəsi sığortalanmayacaq: “Deyək ki, siz investisiya şirkəti vasitəsilə “Microsoft” şirkətinin səhmini almısınız və onun bazar dəyəri düşdü. Bu zaman artıq sığorta sizə gətirib pul vermir. Bu qərarda məqsəd odur ki, investisiya şirkəti bizə hər hansə problem yaratmasın, investisiyaları investisiya şirkətləri vasitəsilə rahatlıqla edə biləsiniz, onlara güvənəsiniz. Biz investisiya şirkətlərinin bizim tapşırığımıza uyğun hərəkət etdiyindən əmin olmalıyıq. Burada da hökumət zəmanət verir ki, investisiya şirkətlərinə, tapşırıqlara uyğun yerləşdirilmələrin həyata keçməsinə nəzarət edəcək. İnvestisiya şirkətinə investisiya qoyulubsa və birdən investisiya şirkəti ortadan çıxsa yenə də rahat şəkildə investisiyanı geri götürmək mümkün olacaq”.

Sərvanə Rəmixanova

“İnvestisiya şirkəti bağlansa, pulunuz batmayacaq”

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...