İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

19.05.2025 10:30
211

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

Son illərdə dünya üzrə, xüsusilə də ABŞ-də ixtisarların artması iş təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib. Mütəxəssislər bildirirlər ki, bu qorxular bəzən real risklərdən daha çox insanın daxili psixoloji vəziyyəti ilə bağlı olur.

Valyuta.az xəbər verir ki, Klinik psixoloq Ellen Hendriksen bu mövzu ilə bağlı qeyd edib ki, bir çox insan real təhlükə olmadığı halda da işdən çıxarılma qorxusu ilə yaşamağa davam edir. Onun sözlərinə görə, bu vəziyyət bəzən depressiya, tükənmişlik sindromu və ya anksiyete pozuntusu ilə nəticələnə bilər. Psixoloq beş əsas halı və bu narahatlıqların öhdəsindən gəlmək yollarını sadalayıb:

Hissləri fakt kimi qəbul etmək

İnsanlar özlərini qeyri-kafi hiss etdikdə, bu hissi işlərinin təhlükədə olması ilə əlaqələndirirlər. Lakin Hendriksenin fikrincə, hiss olunan qorxu hər zaman reallığı əks etdirmir. Bu hal "emosional düşüncə" adlanır və insanın bacarıqlarına obyektiv yanaşmasını əngəlləyir.

Fəlakət ssenarilərini şişirtmək

Bəzi insanlar işlərini itirdikdə həyatlarının tamamilə dağılacağına inanır. Bu ssenarilər əslində reallıqdan uzaqdır. Mütəxəssislər belə hallarda qorxuların ardıcıl mərhələlərini yazmağı və onların hər birinin baş vermə ehtimalını ayrıca qiymətləndirməyi tövsiyə edir.

Qeyri-müəyyənliklə yaşaya bilməmək

Hər kəs həyatında müəyyən risklərlə qarşılaşır. Lakin bəzi insanlar 100 faiz əminlik axtarır və bu mümkün olmadıqda özlərini güvənsiz hiss edirlər. Bu narahatlığı azaltmaq üçün real və spesifik suallarla rəhbərlə dialoq qurmaq və müəyyən qədər qeyri-müəyyənliyi qəbul etmək tövsiyə olunur.

Performansla özünü dəyərləndirməyi qarışdırmaq

İş nəticələrini şəxsi dəyər göstəricisinə çevirmək psixoloji gərginliyə səbəb olur. Mütəxəssislər öz dəyərimizi yalnız peşə uğurlarımızla deyil, digər insani keyfiyyətlərlə də tanımağı vacib sayır.

Hamını razı salmağa çalışmaq

Hər kəsin rəyini nəzərə almağa çalışmaq insanı daim narahat vəziyyətdə saxlayır. Bu halda isə əsas məsələ işin nəticəsinin məqsədə uyğun olub-olmamasıdır. Mütəxəssislər işin keyfiyyətini öz meyarlarımıza əsasən qiymətləndirməyi və öz rəyimizi birinci yerə qoymağı tövsiyə edir. Psixoloqların fikrincə, bu qorxuları tamamilə yox etmək mümkün olmasa da, onları idarə etməyi öyrənmək iş həyatında daha sağlam və dayanıqlı yanaşma formalaşdırmağa kömək edir.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...