"iPhone 18" gözləniləndən də baha ola bilər

Redaktor

01.12.2025 17:22
239

"iPhone 18" gözləniləndən də baha ola bilər

Yaddaş (RAM) çatışmazlığı "iPhone 18"ə də təsir edəcək və bu, “Apple”ın adətən sabit təchizat zəncirinə malik olmasına baxmayaraq baş verir.

Valyuta.az xəbər verir ki, “United Daily News”un məlumatına görə, şirkət yaddaşın bahalaşması ilə üzləşib və bu vəziyyət gələcək “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin qiymətini artırmaq riski yaradır.

Vəziyyəti çətinləşdirən məqamlardan biri də “Apple”ın 2026-cı ildə yalnız "iPhone 18" seriyasını deyil, həm də ilk qatlana bilən flaqmanı “iPhone Fold” modelini təqdim etməyə hazırlaşmasıdır. Bununla belə, şirkət getdikcə daha çox komponenti özü istehsal etməklə artan xərcləri kompensasiya etməyə çalışır.

Yeni A20 və A20 Pro çipləri TSMC-nin 2 nm-lik texnoloji prosesinə əsaslanır və bahalıdır, lakin şirkət “Qualcomm” və ya “MediaTek”dən xarici həllər almağa ehtiyac duymadığı üçün bu xərc müəyyən qədər tarazlaşdırılır.

Şirkətin özünün hazırladığı C2 5G modemi "iPhone 18" seriyasına tam şəkildə keçəcək və daha ucuz olan 4 nm texnoloji proseslə istehsal ediləcək. Qeyd olunur ki, əvvəlki C1 modemi artıq hər cihazda təxminən 10 dollar qənaət təmin edirdi və milyonlarla satılan modellər üçün bu, “Apple”ın “Qualcomm”a vermədiyi yüz milyonlarla dollara çevrilirdi.

Eyni vəziyyət N1 adlı naqilsiz çipdə də müşahidə olunur. Bu çip "iPhone 17"də debüt edib və “Apple” şirkəti “Broadcom”a olan asılılıqdan qurtularaq hər cihazda əlavə qənaət əldə edib.

Bundan əvvəl xəbər verilmişdi ki, "Nvidia" və AMD şirkətlərinin yeni nəsil videokartları RAM qıtlığı və bahalaşması səbəbindən 2028-ci ilə qədər gecikə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...