Hava nəqliyyatı ilə sərnişin daşımaları 2,9% artıb

Redaktor

21.01.2026 12:40
208

Hava nəqliyyatı ilə sərnişin daşımaları 2,9% artıb

2025-ci ilin yanvar-dekabr aylarında hava nəqliyyatı vasitəsi ilə 4 milyon 162,1 min sərnişin daşınıb.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 4 milyon 044,7 min nəfər təşkil edib. Bu isə 117,4 min nəfər və ya 2,9% artım deməkdir.

Ümumilikdə, hesabat dövründə ölkə üzrə 2 milyard 215 milyon 062,9 min sərnişin daşınıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 126 milyon 448,5 min nəfər və ya 6,05% artıma bərabərdir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında ümumi sərnişindaşıma göstəricisi 2 milyard 88 milyon 614,4 min nəfər olub.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...