Hansı iqtisadi rayonda fərdi sahibkarların sayı daha çox artıb?

Redaktor

21.01.2026 09:00
254

Hansı iqtisadi rayonda fərdi sahibkarların sayı daha çox artıb? - CƏDVƏL

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64 min 269 nəfər və ya 4,62% çoxdur.

Belə ki, 2025-ci il yanvarın 1-nə ölkədə 1 milyon 389 min 792 nəfər fərdi sahibkar qeydə alınıb.

İqtisadi rayonlar üzrə bölgüyə baxdıqda, fərdi sahibkarların ən çox Bakı şəhərində cəmləşdiyi görünür. Paytaxtda fərdi sahibkarların sayı bir il ərzində 9 min 135 nəfər və ya 2,48% artaraq 377 min 158 nəfərə çatıb.

İqtisadi rayonlar üzrə fərdi sahibkarların sayı aşağıdakı cədvəldə təqdim olunur.

İqtisadi rayon 2026 2025 Artım Artım %
Bakı şəhəri 377 158 368 023 9 135 2,48
Lənkəran-Astara 149 164 141 872 7 292 5,14
Qazax-Tovuz 115 150 109 477 5 673 5,18
Mərkəzi Aran 104 590 98 641 5 949 6,03
Şəki-Zaqatala 101 358 95 149 6 209 6,53
Qarabağ 92 276 88 505 3 771 4,26
Gəncə-Daşkəsən 91 019 86 816 4 203 4,84
Quba-Xaçmaz 89 119 85 103 4 016 4,72
Şirvan-Salyan 79 360 76 178 3 182 4,18
Abşeron-Xızı 76 379 72 677 3 702 5,09
Mil-Muğan 75 969 72 469 3 500 4,83
Naxçıvan MR 51 745 47 803 3 942 8,25
Dağlıq Şirvan 43 137 40 785 2 352 5,77
Şərqi Zəngəzur 7 637 6 294 1 343 21,34
21.01.2026

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...