Redaktor
Fiziki şəxslərin depozitlərində 28 faizlik artım, hüquqi şəxslərdə 73 faiz azalma - “Yelo Bank”da
“Yelo Bank” 2024-cü ili 43 milyon 298 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2 dəfə və ya 22 milyon 537 min manat çoxdur. Bank 2023-cü ili 20 milyon 761 min manat mənfəətlə başa vurub.
“Yelo Bank”ın faiz gəlirlərinin dəyəri 151 milyon 454 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 34,4 % və ya 38 milyon 823 min manat çoxdur. 2023-cü ildə bankın faiz gəlirlərinin dəyəri 112 milyon 631 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirlərinin dəyəri 2,6 dəfə artaraq 31 milyon 765 min manat təşkil edib. 2023-cü ildə bankın qeyri-faiz gəlirlərinin dəyəri 11 milyon 922 min manat idi.
“Yelo Bank”ın faiz xərclərinin dəyəri 53 milyon 793 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4% və ya 10 milyon 202 min manat çoxdur. 2023-cü ildə bankın faiz xərclərinin dəyəri 43 milyon 591 min manat təşkil edib.
Bankın qeyri-faiz xərclərinin dəyəri 22,2% və ya 15 milyon 789 min manat artaraq 86 milyon 667 min manat təşkil edib. 2023-cü ildə bankın qeyri-faiz xərclərinin dəyəri 70 milyon 878 min manat təşkil edib.
“Yelo Bank”ın 2024-cü ildə aktivlərinin dəyəri 1 milyard 279 milyon 637 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 286 milyon 815 min manat və ya 18,3% azdır. 2023-cü ildə bankın aktivlərinin dəyəri 1 milyard 566 milyon 452 min manat təşkil edib. Bankın aktivlərinin azalmasının səbəbi bankda depozitlərin kəskin azalmasıdır.
Belə ki, 2024-cü ildə bankda depozitlərin dəyəri 928 milyon 774 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 28,1% və ya 363 milyon 249 min manat azdır. 2023-cü ildə bankda depozitlərin dəyəri 1 milyard 292 milyon 23 min manat təşkil edib.
“Yelo Bank”da fiziki şəxslərin depozitlərin dəyəri 730 milyon 952 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 159 milyon 525 min manat və ya 27,9% çoxdur. 2024-cü ildə “Yelo Bank”da hüquqi şəxslərin depozitlərin dəyəri 197 milyon 822 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 72,5% və ya 522 milyon 773 min manat azdır. 2023-cü ildə bankda hüquqi şəxslərin depozitlərinin dəyəri 720 milyon 595 min manat təşkil edib.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026