"CME" 8 aparıcı kriptovalyuta üzrə yeni fyuçers məhsulunu təqdim etdi

Redaktor

11.06.2026 09:39
50

"CME" 8 aparıcı kriptovalyuta üzrə yeni fyuçers məhsulunu təqdim etdi

Dünyanın ən böyük törəmə maliyyə alətləri və fyuçers birjalarından biri olan "CME Group" Nasdaq ilə birgə yaradılmış kriptoindeks üzrə fyuçers müqavilələrinin ticarətinə başladığını elan edib.

Valyuta.az xəbər verir ki, yeni məhsul “Nasdaq CME Crypto Settlement Price Index” adlı indeksə əsaslanır. İndeksə Bitcoin, Bitcoin Cash, Ethereum, Solana, XRP, Cardano, Chainlink və Stellar Lumens daxil olmaqla ümumilikdə 8 kriptovalyuta daxildir.

Mütəxəssislər bu indeksi kriptovalyuta bazarının ümumi vəziyyətini ölçən əsas göstəricilərdən biri hesab edir. Bazarın ən iri və nisbətən köklü rəqəmsal aktivlərini əhatə edən indeks bəzən kriptovalyuta sektorunun “S&P 500”-ü kimi də xarakterizə olunur.

"CME"nin kripto məhsulları üzrə rəhbəri Giovanni Vicioso bildirib ki, institusional investorlar artıq yalnız bir kriptovalyutaya deyil, daha geniş kriptoaktiv səbətinə çıxış əldə etməyə üstünlük verirlər.

Şirkətin açıqlamasına görə, yeni fyuçers məhsulunun istifadəyə verilməsi məhz institusional investorların artan tələbi fonunda həyata keçirilib.

Qeyd edək ki, son illərdə kriptovalyuta bazarına institusional kapital axınının güclənməsi fonunda fyuçers və digər törəmə maliyyə alətlərinə maraq da sürətlə artır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO

11.06.2026

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11.06.2026

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

11.06.2026

Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur

11.06.2026
Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

11.06.2026

İşçiləri və iş yerlərini qoruyan sığortalarda nə qədər vəsait toplanıb?

11.06.2026

Sabah 34 dərəcə isti olacaq

11.06.2026

Azərbaycanda orta aylıq əməkhaqqı 1 172 manatı ötüb

11.06.2026
Öz vəsaiti hesabına ipoteka krediti verən banklar

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

11.06.2026

Pensiyalar nə vaxt ödəniləcək?

11.06.2026

Kənd təsərrüfatını inkişaf etdirən 10 perspektivli startap

11.06.2026

DSMF-nin xərcləri 3 milyard 440 milyon manat oldu

11.06.2026

Bakının yaxınlığında yeni hava limanı tikilir - gələn il istifadəyə veriləcək

11.06.2026

Son 3 ildə kredit sığortasında hər 100 manata cəmi 1,58 manat ödəniş edilib

11.06.2026

Xalq Kapital İnvestisiya Şirkətinin dövriyyəsi 92,9% azalıb

11.06.2026

“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur

11.06.2026

Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

11.06.2026

"Ayan Capital" 1 milyon dollar investisiya cəlb edib

11.06.2026

Bakıda iş saatları dəyişdirilir

11.06.2026

Məzənnə

Yüklənir...