Redaktor
"Ayan Capital" 1 milyon dollar investisiya cəlb edib
Özbəkistanın vençur fondu olan “IT Park Ventures” Böyük Britaniyada fəaliyyət göstərən islam maliyyə texnologiyaları (FinTech) startapı “Ayan Capital”ın 4 milyon dollarlıq investisiya raundunda iştirak edərək 1 milyon dollar sərmayə yatırıb.
Valyuta.az xəbər verir ki, cəlb olunan vəsait şirkətin texnoloji həllərinin inkişafına, süni intellekt əsaslı skoring və anderraytinq sistemlərinin təkmilləşdirilməsinə, həmçinin Özbəkistandakı proqram təminatı komandalarının genişləndirilməsinə yönəldiləcək.
Londonda yerləşən “Ayan Capital” Mərkəzi Asiyanın aparıcı "FinTech" şirkətlərindən biri olan “Alif”in həmtəsisçiləri Abdulla Qurbanov, Firdavs Mirzoyev və Zuxurşo Rahmatulloyev tərəfindən yaradılıb. Şirkət hazırda Böyük Britaniyada tam rəqəmsal halal avtomobil maliyyələşdirilməsi xidmətləri təqdim edir və “Ayan Pay”, debet kartları, islam əmanətləri kimi yeni maliyyə məhsulları üzərində çalışır.
“Ayan Capital”ın uzunmüddətli hədəfi Böyük Britaniyada tamhüquqlu rəqəmsal islam bankına çevrilməkdir. Şirkət artıq bank lisenziyası almaq və ölkədə ən böyük islam maliyyə ekosistemlərindən birini qurmaq planlarını açıqlayıb.
“IT Park Ventures”un direktoru Dalerxon Nadirov bildirib ki, fond qlobal bazarlarda böyümə potensialına malik və eyni zamanda Özbəkistanda güclü texnologiya komandaları formalaşdıran startaplara üstünlük verir.
“Ayan Capital”a investisiya fondun beynəlxalq portfelini genişləndirir və Özbəkistanın texnoloji ekosisteminin inkişafına yönəlmiş strategiyasını gücləndirir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO
11.06.2026Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz
11.06.2026Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq
11.06.2026Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur
11.06.2026
Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?
11.06.2026İşçiləri və iş yerlərini qoruyan sığortalarda nə qədər vəsait toplanıb?
11.06.2026Sabah 34 dərəcə isti olacaq
11.06.2026Azərbaycanda orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
11.06.2026