Bölgələrdə həkim çatışmır - <span style="color:#008000">STATİSTİKA</span>

Redaktor

22.03.2025 17:04
384

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Sağlamlıq hər bir insanın ən təməl haqqıdır. Lakin Azərbaycanın xüsusilə regionlarında tibbi xidmətlər heç də əlçatan deyil və bu sahədə ciddi problemlər var. Əhalinin sağlamlığı keşiyində duran həkimlərin paylanmasında qeyri-bərabərlik diqqət çəkən əsas problemdir. Statistikanın dili ilə desək, paytaxtda həkimlərin sayı əhalinin ehtiyaclarını qarşılamaq baxımından yetərli olsa da, regionlarda bu göstərici acınacaqlı vəziyyətdədir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə hazırda 338 xəstəxana, 36 min 600 həkim fəaliyyət göstərir. Ən çox həkim paytaxtın payına düşür. Belə ki, Bakıda 22 min 747 həkim fəaliyyət göstərir. Ölkə əhalisinin sayına görə ən böyük şəhərlərimizdən olan Sumqayıtda 1458, Gəncədə 1135, Mingəçevirdə isə 392 həkim var.

Rayonlarda həkimlərin ümumi sayı 1000-dən azdır. Belə ki, ən çox həkim olan rayonlar siyasında yer alan 12 bölgədə - Abşeron, Salyan, Lənkəran, Quba, Xaçmaz, Şəki, Bərdə, Zaqatala, Tovuz, Şəmkir və Qazaxda ortalama 267,5, ümumilikdə isə 3210 həkim fəaliyyət göstərir. Qeyd edək ki, həmin ərazilərdə əhalinin ümumi sayı 2 milyon 332 min 900-dür. Bu da o deməkdir ki, 1 həkimə düşən adam sayı 727-dir. 

Ən az həkimin olduğu rayon Daşkəsəndir, burada sadəcə 7 həkim çalışır. Əhali sayı 33 300 olan Daşkəsəndə 1  həkimə düşən adam sayı 4757 nəfərdir. Bundan başqa, Xızıda 33, Lerikdə 37, Yardımlıda 38, Zərdabda 46, Qobustanda 49, Samuxda 50, Hacıqabulda 51, Ucarda 57, Oğuzda 62, Gədəbəydə 63, Şabranda 64, Siyəzəndə isə 67 həkim fəaliyyət göstərir. Adıçəkilən rayonların əhali sayı ümumilikdə 742 min 800-dür. Belə olan halda 1 həkimə düşən əhali sayı 1204 nəfər olur. 

İşğaldan azad olunan Qarabağın rayonlarında isə ortalama 30 həkim fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında isə fəaliyyət göstərən həkimlərin ümumi sayı 672-dir. 

Həkimlərin regionlarda çatışmazlığı təkcə sağlamlıq sahəsində deyil, bütövlükdə cəmiyyətin rifahında ciddi problemlərə səbəb olur. Zamanında tibbi yardım ala bilməyən insanlar təkcə sağlamlıq itkiləri ilə deyil, bəzən həyati təhlükələrlə də üz-üzə qalırlar. Ən bəsit xəstəliklər belə diaqnoz qoyulmadığı üçün ağırlaşır və geridönməz nəticələrə gətirib çıxarır. Bu vəziyyət təkcə fərdi talelərə deyil, həm də ölkənin müxtəlif sahələrinə ciddi mənfi təsir göstərir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...