Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? (1 ci gün )

Redaktor

20.05.2025 02:56
100

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? (1 ci gün )

Hər bazar günü çoxumuzun keçirdiyi narahatlıq hissi olur. O narahatlıqlardan biri də “həftə sonu bitəcək və yeni iş həftəsi başlayacaq” düşüncəsidir. Hətta çoxumuz bu fikri düşünməkdən həftə sonumuzu yaxşı keçirə bilmirik. Maraqlıdır, bu düşüncə niyə yaranır? Niyə hər həftə sonu eyni düşüncə bizi dönə-dönə narahat edir?

Valyuta.az xəbər verir ki, bu hiss “Bazar günü narahatlığı” adlanır. “Bazar günü narahatlığı” (Sunday Scaries) yeni iş həftəsinin başlamasından əvvəl, xüsusilə bazar günü axşam saatlarında hiss edilən psixoloji gərginlik, anticipator narahatlıq və stres halıdır. Bu vəziyyətin əsas səbəbi qarşıdakı günlərdə gözlənilən tapşırıqlar, sosial öhdəliklər və qeyri-müəyyənlikdir.

Araşdırmalar göstərir ki, bazar gününün son saatlarında, xüsusi ilə axşam saatlarında stress hormonu olan kortizol səviyyəsi artmağa başlayır. Bu artım orqanizmin iş rejiminə keçidinə fizioloji hazırlığı göstərsə də, psixoloji olaraq narahatlıq və yuxusuzluğa səbəb ola bilir. 2008-ci ildə aparılmış araşdırmalara əsasən, bazar günü axşam yaşanan anticipator narahatlıq REM yuxusunun keyfiyyətini azaldır. Bu da bazar ertəsi səhər kognitiv funksiyaların zəifləməsi ilə nəticələnir. Yəni insan səhər oyandıqda diqqətini toplamaq, düşünmək və qərar vermək kimi zehni bacarıqlarında müvəqqəti çətinlik yaşayır.

Bazar günü beynin amigdala bölgəsində gələcək hadisələrə qarşı daha yüksək aktivlik müşahidə olunur. Məsələn, bazar ertəsi işə qayıdış, tapşırıqlar, rəhbərlə ünsiyyət və ya performans təzyiqi kimi amillər haqqında düşünmək, amigdalada (beynin qorxu və təhdid mərkəzi) aktivliyi artırır, bu da narahatlıq və stress hissini gücləndirir. Şənbə günü istirahətdən sonra, bazar gününün ikinci yarısı isə insan beyni təkrar “performans rejiminə” keçməyə çalışır. Bu keçid zamanı kortikal aktivlik artır, lakin bu eyni zamanda emosional gərginlik doğurur.

Bu narahatlıq ən çox hansı işçilərdə müşahidə olunur?

Bu narahatlığı yaşayanlar arasında gənc işçilərə çox rast gəlinir. Buna səbəb həftəlik tapşırıqlarla bağlı qeyri-müəyyənlik və təcrübə çatışmazlığı olur. Uzaqdan işləyənlər, iş və şəxsi həyat arasında balansı qoruya bilməyənlər də bazar gününün bitməsindən qorxur, narahatlıq duyur. “Bazar günü narahatlığı” yaşayan qruplardan biri də perfeksionist olan işçilərdir. Bu insanların özlərindən yüksək gözləntiləri, özünü qiymətləndirmə problemləri olduğu üçün yeni iş həftəsinə gərgin başlayırlar. 

“Bazar günü narahatlığı”ndan necə xilas ola bilərik?

Bu narahatlığı ən azından azaltmaq üçün həftəlik planlaşdırmanı bazar günü yox, cümə günü etmək olar. Bu halda şənbə və bazar günləri daha az narahatçılıq və təlaşla keçə bilər. Bundan əlavə, yüngül fiziki fəaliyyət - bazar günü axşam 20-30 dəqiqəlik gəzişmələr və ya yoga məşqləri də narahatlığı azaltmağa kömək edir.

Sərvanə Rəmixanova

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? (1 ci gün )

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...