Azərbaycanda noyabrda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 36% artıb

Redaktor

31.12.2025 21:07
540

Azərbaycanda noyabrda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 36% artıb

Bu ilin noyabr ayında Azərbaycanda müştərilərin internet bankçılıq vasitəsi ilə əməliyatlarının ümumi dəyəri 21,005 milyard manat təşkil edib.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 21,2%, ilin əvvəlinə nisbətən 19,1%, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 10,2% azdır.

Hesabat dövründə internet bankçılıqla aparılan əməliyyatların sayı isə illik müqayisədə 31,8% artaraq 2,479 milyona çatıb.

Noyabrda istifadəçilər tərəfindən mobil bankçılıqla 6,145 milyard manat dəyərində 78,023 milyon əməliyyat aparılıb. Bu da, 2024-cü ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 36% və 41,7% çoxdur.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...