Redaktor
Azərbaycana 1013 ədəd robot gətirilib
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 1013 ədəd sənaye robotu idxal olunub.
Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 880,12 min ABŞ dolları təşkil edib.
İdxal əsasən Çin, Türkiyə və İtaliyadan həyata keçirilib.
Çindən 3 ədəd sənaye robotu gətirilib. İdxalın dəyəri 22,82 min ABŞ dolları təşkil edib. Hər bir robotun qiyməti orta hesabla 7 606,7 dollar və ya 12 931 manat olub.
Türkiyədən 6 ədəd robot idxal olunub. Dəyəri 415,29 min ABŞ dolları təşkil edib. Bir ədəd robotun qiyməti isə təxminən 69 215 dollar və ya 117 666 manat olub.
Ən çox idxal isə İtaliyadan reallaşıb. Belə ki, bu ölkədən 1004 ədəd sənaye robotu gətirilib və idxalın ümumi dəyəri 442 min ABŞ dolları təşkil edib. Hər bir robotun qiyməti orta hesabla 439,2 dollar və ya 746,7 manat olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026