1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

Redaktor

28.04.2025 18:30
436

1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 817,3 ton kivi idxal olunub.

Valyuta.az xəbər verir ki, bu idxal üçün ümumilikdə 579,66 min ABŞ dolları xərc çəkilib.

Məlumata görə, kivi əsasən Çin Xalq Respublikasından, İran İslam Respublikasından və İtaliyadan gətirilib.

Statistikaya əsasən, Çin Xalq Respublikasından Azərbaycana 21,39 ton kivi idxal edilib və bunun üçün 17,21 min ABŞ dolları xərc çəkilib. Beləliklə, bu ölkədən idxal olunan bir kiloqram kivinin qiyməti 0,80 dollar və ya 1 manat 36 qəpik təşkil edib.

İran İslam Respublikasından isə 795,19 ton kivi gətirilib. Bu idxal üçün 556,63 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, İrandan idxal edilən bir kiloqram kivinin qiyməti 0,70 dollar, yəni 1 manat 18 qəpik olub.

İtaliyadan isə 0,73 ton (730 kiloqram) kivi idxal olunub. Bu miqdar üçün 5,82 min ABŞ dolları ödənilib. Nəticədə, İtaliyadan idxal olunan bir kiloqram kivinin qiyməti 7,97 dollar və ya 13 manat 55 qəpik təşkil edib.

Statistik göstəricilərə nəzər salsaq, ən ucuz meyvə İran İR-dən və Çindən gətirilib. Ən baha kivi idxalı isə İtaliyadan olub. Hal-hazırda Azərbaycan bazarında kivinin qiyməti 4- 5 manat civarındadır. Bu da onu deməyə əsas verir ki, idxal olunan kivi bazarda idxal qiymətindən 3-4 dəfə baha satılır. 

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Yetərlilik Qaydası”: Suze Orman niyə daha çox pulun arxasınca qaçmağı dayandırmağınızı tövsiyə edir

04.03.2026

Ordubad şəhərində yaşayış binaları təmir ediləcək

04.03.2026

Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil

04.03.2026

Bakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilib...

04.03.2026

“Oxa” 103 milyon dollar investisiya alıb

04.03.2026

"ABB"nin avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR

04.03.2026

Nazir təyin olunan Fərid Bağırzadə kimdir? – DOSYE

04.03.2026

"Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi

04.03.2026

"Kraken" "Fed" sisteminə çıxış əldə edən ilk kripto birjası oldu

04.03.2026

Azərbaycan şabalıdı Rusiyaya neçəyə satır?

04.03.2026

“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi

04.03.2026

Prezident onları təltif edib

04.03.2026

Fərid Bağırzadə nazir təyin olundu

04.03.2026

Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb

04.03.2026

ADY-nin departament müdiri işdən çıxdı

04.03.2026

Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb

04.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

04.03.2026

"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət

04.03.2026

Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

04.03.2026

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib

04.03.2026

Məzənnə

Yüklənir...