Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin

Redaktor

05.12.2025 14:35
818

Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə olaraq “AYNA MaaS” tətbiqini istifadəyə verib.

Bu barədə Valyuta.az-a AYNA-dan bildirilib.

Üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən “AYNA MaaS” tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platformasımüxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə təyin olunur.

İstifadəçi “Səyahət planı” bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər səyahəti tarix və zamanı seçərək planlaşdıra bilər. Təklif olunan marşrutlarda piyada və ya avtobus, metro, dəmiryolu, skuter, velosiped kimi nəqliyyat növləri mövcuddur. “Ən sürətli”, “ən az transfer”, “ən az piyada” və “ən az CO2” kimi gediş seçimlərindən uyğun marşrutu təyin etdikdən sonra səyahətə başlaya, həmçinin “bilet al” bölməsindən ödəniş etmək üçün müvafiq tətbiqlərə keçid edə bilərsiniz.

“AYNA MaaS” vasitəsilə “Nəqliyyat” bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat vasitələrini real zamanda görmək mümkündür.

“Yaxın dayanacaqlar” bölməsində isə ən yaxın dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə bilərsiniz.

“Marşrut tap” bölməsindən avtobus, qatar, metro və şəhərlərarası marşrutları axtarıb müvafiq məlumatları əldə etmək mümkündür.

Marşrutları “Seçilmişlərə” əlavə edib daha rahat səyahət planlaşdıra və “Səfərlərim” bölməsindən keçmiş səfərlərinizi tapa bilərsiniz.

“AYNA MaaS”da nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə vaxtını minimuma endirir.

Qeyd edilib ki, istifadəyə verilən “AYNA MaaS” ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.

Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...