Amerika və Avropa aviaşirkətləri bu il də biletlərin qiymətini artırmağa çalışacaqlar

Redaktor

25.02.2024 19:06
673

Amerika və Avropa aviaşirkətləri bu il də biletlərin qiymətini artırmağa çalışacaqlar

İri sərmayədarlar və rəhbərlər bəyan edirlər ki, Amerika və Avropa aviaşirkətləri bu il yenidən biletlərin qiymətinin bahalaşması hesabına gəlirlərini artırmağa çalışacaqlar. Çünki onlar COVID-19 pandemiyasından sonra turizm bumundan mümkün qədər çox qazanc əldə etmək və daim təyyarə çatışmazlığı fonunda xərclərin artmasını yüngülləşdirmək istəyirlər.

Valyuta.az xəbər verir ki, iri aviadaşıyıcılar sorğunu təmin etmək üçün var qüvvələri ilə reyslərin sayını artırmağa çalışırlar. Lakin yeni “Airbus” (AIR.PA) və “Boeing” (BA.N)” təyyarələrinin tədarükündə ləngimələr səbəbindən çətinlik çəkirlər. Tədarüklərin məhdudluğuna görə aviabiletlərin tarifləri yüksək olaraq qalmaqdadır və bu da daşıyıcılara aviasiya yanacağı, işçi qüvvəsi və texniki xidmət xərclərində qənaət etmək imkanı verir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, aviaşirkətlər bir sərnişindən orta hesabla 5,44 dollar qazanırlar. IATA-nın proqnozuna görə, 2024-cü ildə gəlirlər kiçik templərlə də olsa, təxminən 1,8 faiz artacaq.

Ekspertlərin proqnozlarına görə, Avropa aviaşirkətlərinin gəlirləri bu yay keçənilki səviyyəni ötərək 8,5 faizə çatacaq və 2025-ci ildə daha çox artacaq. Çünki səfərlərə tələbat da, yeni təyyarələrin çatdırılması ilə bağlı ləngimələr də qalacaq.

Analitiklərin dəyərləndirməsinə görə, bu yay tələbat 2019-cu ilin göstəricisi ilə müqayisədə 15-20 faiz artacaq.

“Daha yüksək tariflər bu yay gəlir gətirməkdə davam edəcək. Aviaşirkətlər daha çox pul qazanacaqlar, çünki müştərilər əvvəlki kimi daha çox ödəməyə hazırdılar”, - deyə “Artemis Investment” aviaşirkətinin investoru Ceymi Lindsey bildirib.

Qeyd edilib ki, tariflər haqqında məlumatlar pandemiyadan sonra bərpa olunan aviaşirkətlərin davamlılığını göstərir. COVID-19 dövründə uçuşlar həyata keçməyəndə, sərhədlər bağlı olanda aviaşirkətlər öz üzərilərinə milyardlarla borc yığmışdılar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası 2023-cü ildə dünya aviaşirkətlərinin xalis gəlir proqnozunu 23,3 milyard dollara qaldırıb. IATA-nın gözləntisinə görə, 2024-cü ildə sahənin cəmi xalis gəliri 25,7 milyard dollara çatacaq. Gələn il sərnişin axını 4,7 milyard nəfər səviyyəsində olacaq ki, bu da 2019-cu ilin göstəricisini (4,54 milyard nəfər) üstələyəcək və tarixi maksimuma çevrilə biləcək.

© Azərtac

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...