ABŞ və Çinə qarşı yeni cəbhə: Yaponiyadan 6,3 milyard dollarlıq Al həmləsi

Redaktor

23.12.2025 14:10
67

ABŞ və Çinə qarşı yeni cəbhə: Yaponiyadan 6,3 milyard dollarlıq Al həmləsi

Texnologiya dünyasında süni intellekt (Al) yarışı sürətlənərkən, Yaponiya qlobal səhnədə söz sahibi olmaq üçün iri büdcə ilə hərəkətə keçib. 

Valyuta.az xəbər verir ki, ölkə yalnız xaricdən texnologiya idxal etmək əvəzinə, öz yerli proqram təminatını və infrastrukturunu quraraq rəqəmsal müstəqilliyini təmin etməyi qarşısına məqsəd qoyub. Bu çərçivədə həyata keçiriləcək genişmiqyaslı əməkdaşlıq Yaponiyanı bu sahədə yenidən supergüc mövqeyinə gətirməyi hədəfləyir.

Hökumət mənbələrindən sızan məlumata görə, növbəti beş il ərzində layihəyə təxminən 1 trilyon yen, yəni 6,3 milyard dollar həcmində dəstək paketi ayrılacaq. 2026-cı ilin aprel ayında qüvvəyə minməsi planlaşdırılan bu büdcə ölkənin texnoloji transformasiyasında kritik dönüş nöqtəsi kimi qiymətləndirilir.

Yaradılacaq yeni birgə təşəbbüs sadəcə maliyyə dəstəyi ilə məhdudlaşmır. Layihədə təxminən 10 iri şirkətin iştirakı gözlənilir. Texnologiya nəhəngi "SoftBank" və ölkənin aparıcı süni intellekt startaplarından biri olan "Preferred Networks Inc." daxil olmaqla müxtəlif qurumlardan seçilən 100 yüksək ixtisaslı mühəndis eyni mərkəzdə bir araya gətiriləcək. Bu komanda Yaponiyanın indiyədək ən güclü və əhatəli əsas süni intellekt modelinin yaradılması üzərində çalışacaq.

Yaponiyanın bu addımı qlobal yarımkeçirici böhranlarının və rəqəmsal təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrdə xüsusi strateji əhəmiyyət daşıyır. Ölkə hazırda süni intellekt sahəsində lider mövqedə olan ABŞ və Çinlə arasındakı fərqi azaltmağı planlaşdırır. Milli təhlükəsizliyin gücləndirilməsi və rəqəmsal texnologiyalardakı boşluqların aradan qaldırılması məqsədi ilə qurulan bu tərəfdaşlıq Yaponiyanın gələcək texnoloji yol xəritəsini müəyyən edəcək.

Bu iri investisiyanın nəticələrinin təkcə Yaponiya üçün deyil, qlobal texnologiya balansı baxımından da həlledici rol oynayacağı gözlənilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

İran bu ölkəyə qaz tədarükünü dayandırdı

23.12.2025

Fərid Əhmədov yeni rəis müavini təyin etdi

23.12.2025

Türkiyədə minimal əməkhaqqı artırıldı

23.12.2025

Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

23.12.2025

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi  - FOTOLAR

23.12.2025

Teleqramın Rusiyada nə vaxt bloklanacağı açıqlandı

23.12.2025

Robert Kiyosaki: “Uduzanlar pullarını məhz belə xərcləyir”

23.12.2025

"Paramount" 40 milyard dollarlıq Ellison zəmanəti ilə təklifini yeniləyib

23.12.2025

Elmar Baxşıyev istefaya göndərildi

23.12.2025

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

23.12.2025

Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

23.12.2025

Azərbaycan və Türkiyə 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər

23.12.2025

"Pepsi"nin uğur hekayəsi: Bir içki brendi bazarda necə populyarlaşdı və qlobal imperiyaya çevrildi

23.12.2025

Elşad Abdullayevə hökm oxunub

23.12.2025

Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

23.12.2025

Azərbaycan şirkətləri Türkiyəyə 21 milyard dollar yatırım ediblər

23.12.2025

Komitə sədri Tofiq Bəhramovun nəvəsinin yerinə onu gətirdi

23.12.2025

Ruslan Eyyubov həbs edilib - Bu maddələrlə ittiham olunur

23.12.2025

“Unibank”da yeni TƏYİNAT

23.12.2025

Məzənnə

Yüklənir...