“Amazon” bu şəhərdə 10 dəqiqəyə çatdırılma xidmətinə başladı

Redaktor

10.07.2025 22:53
970

“Amazon” bu şəhərdə 10 dəqiqəyə çatdırılma xidmətinə başladı

“Amazon” şirkəti Hindistanın paytaxtı Dehlidə 10 dəqiqəyə çatdırılma xidməti təqdim edərək ölkədə sürətli elektron ticarət sahəsində rəqabəti daha da gücləndirib. 

Valyuta.az xəbər verir ki, bu addım “Amazon”un sürətli ticarət seqmentinə daxil olmaq üçün atdığı mühüm strategiyalardan biridir.

ABŞ mənşəli onlayn pərakəndə nəhəngi “Now” adlı bu xidməti ilk dəfə 2024-cü ilin dekabrında Banqalore şəhərində istifadəyə vermişdi. Artıq xidmət Dehlidə də aktivləşdirilib və yaxın aylarda Hindistanın digər şəhərlərinə genişləndirilməsi planlaşdırılır.

Şirkət cümə axşamı verdiyi açıqlamada bildirib:

“Müştərilərdən aldığımız ilkin müsbət rəylər bizi sevindirir. Bu əsasda xidmətimizi daha da genişləndirəcəyik”.

Yerli rəqiblərlə rəqabət qızışır

“Amazon”un bu sahəyə daxil olması Hindistanda sürətlə populyarlaşan sürətli ticarət (quick-commerce) seqmentində “Blinkit” (Eternal Ltd.), “Instamart” (Swiggy Ltd.) və “Zepto” kimi yerli startaplarla rəqabəti daha da artırır. Bu platformalar artıq ərzaq məhsullarından tutmuş texnoloji cihazlara qədər müxtəlif məhsulları bir neçə dəqiqə ərzində istehlakçılara çatdırmaqla geniş istifadəçi bazası qazanıblar.

Əvvəllər “Amazon” ölkədaxili sifarişləri əsasən bir-iki günə çatdırırdı. Lakin Hindistanda orta təbəqənin artması və istehlak mədəniyyətindəki dəyişikliklər daha sürətli xidmətlərə tələbatı artırıb. Bu səbəbdən həm “Amazon”, həm də “Walmart”ın sahib olduğu “Flipkart” sürətli çatdırılma xidmətlərinə investisiyalarını artırıblar. “Flipkart Minutes” xidməti artıq Hindistanın 14 şəhərində fəaliyyət göstərir.

Böyük investisiyalar davam edir

“Amazon” Hindistana ilk dəfə 2013-cü ildə daxil olub və bu günə qədər ölkədəki fəaliyyətinə 11 milyard dollardan çox vəsait yatırıb. Şirkət ötən ay daha 233 milyon dollar məbləğində əlavə sərmayə qoyacağını açıqlayıb. Bu sərmayələr ölkədə çatdırılma infrastrukturunu və anbar şəbəkəsini genişləndirməyə yönəlib. Son olaraq beş yeni paylama mərkəzi istifadəyə verilib ki, bu da kiçik şəhərlərdə çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə azaldacaq.

Dehli “Amazon Now” xidmətinin istifadəyə verildiyi Banqalore şəhərindən sonra ikinci şəhərdir. Şirkət yaxın aylarda Hindistanın digər iri şəhərlərində də bu xidmətin tətbiqini planlaşdırır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı

19.01.2026

Azərbaycanda 22 mindən çox işsiz var

19.01.2026

İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi

19.01.2026

Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub

19.01.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.01.2026

Sabah bir sıra yollar bağlanacaq

19.01.2026

"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb

19.01.2026

Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”

19.01.2026
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

19.01.2026

İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb

19.01.2026

"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib

19.01.2026

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?

19.01.2026

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

19.01.2026

"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib

19.01.2026

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19.01.2026

Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq

19.01.2026

Bu sığorta şirkətlərində iş var!

19.01.2026

Yeni cərimə gəlir - 2500 manata qədər

19.01.2026

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

19.01.2026

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

19.01.2026

Məzənnə

Yüklənir...