Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Büdcə planlaması zamanı edilən səhvlərdən biri də maaş alan kimi bütün ehtiyacları almağa çalışmaqdır. Hələ bunu plansız etmək daha pis nəticə verə bilər.
Maaş aldığımız zaman əlimizdə pul çox olduğu üçün bəzən bizim üçün əhəmiyyətli olmayan bəzi məhsulları da alırıq. Plansız edilən bu alış-veriş bəzən ayın son günlərini pulsuz qalmağımıza, bəzən isə hətta borc götürməyimizə də səbəb ola bilir. Buna görə də pul xərcləyərkən duyğusal deyil, planlı hərərət etmək önəmlidir.
Maaş aldığımız zaman doğru xərcləmək üçün nə etməliyik?
Maaşı ayın axırı və ayda bir dəfə aldığımızı nəzərə alsaq, deməli, o zaman aşağıdakı qaydalara əməl etməklə doğru xərcləyə bilərik
1. Ay ərzində ehtiyac siyahısı yazmaq
2. Maaş aldığımız zaman öncə büdcə planlaması etmək
3. Ehtiyac siyahısını vacib və təcili olaraq ayırmaq
4. Aylıq və məcbur ödənişləri etdikdən sonra digər alış-verişləri sıralamaq
Bu sıralamanı şəxs özünə görə tərtib etməlidir.
Məcbur olan ödənişlərdən sonra yer alan digər alış-verişlərin sıralaması insanın ehtiyaclarına görə dəyişdiyi üçün bu mövzuda ümumiləşdirmək çətin olsa da, hər kəsin ehtiyacı olan
1. ərzaq və qida məhsulları
2. geyim
3. Gigiyenik və təmizlik məhsulları
4. İdman və sağlamlıq xərcləri
5. Əyləncə və bərpa
6. Digər xərclər
Bu şəkildə ayırmaq və onları da öz növbəsində təcili və vacib olaraq ayıraraq almağa çalışmaq olar.
Ən önəmlisi isə, duyğusal xərcləri nəzərdən keçirib onların bizə həqiqətən də faydalı olub-olmadığına əmin olduqdan sonra xəcləməkdir.
Əgər alış-veriş etdiyiniz zaman özünüzü yaxşı hiss etsəniz də, evə gəldikdən sonra aldığınız məhsullar sizi xoşbəxt etmirsə, deməli doğru məhsullar almamısınız. Və növbəti alış-verişdə bu cür məsələlərə diqqət etməlisiniz.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu cərimələr kəskin artırılır
05.12.2025Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı
05.12.2025Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin
05.12.2025Əbdül Bayramov vəzifəsindən azad edildi
05.12.2025
Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL
05.12.2025Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir
05.12.2025"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05.12.2025
Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?
05.12.2025Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək
05.12.2025Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
05.12.2025“Vinci” startapı 46 milyon dollar investisiya alıb
05.12.2025Azərbaycan nefti cüzi ucuzlaşıb
05.12.2025Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib
05.12.2025"OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib
05.12.2025Avro ucuzlaşır
05.12.2025Bu sektorda işləyənlərin sayı azalır - CƏDVƏL
05.12.20254 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025