Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Pul xərcləyərkən onun bizə hansı formada geri dönəcəyinə baxsaq, daha rahat xərcləyə bilərik. Bu zaman bədxərclik də etmiş olmarıq. Eyni zamanda düzgün xərcləyərək qənaət də etmiş sayılırıq. Məsələn, bəzi məhsulları ehtiyacımız olandan artıq almamaq, onlardan düzgün istifadə etməklə büdcəmizə qənaət etmiş olarıq.
Qənaət məhsulu lazım olan miqdarda və bəzən də lazımından daha az miqdarda istifadə etməkdir. Yaxşı bəs xəsislik nədir? Xəsislik bir məhsul və ya xidmətin zamanla sizə qazandıracağı halda ona pul xərcləməmək və ya xərcləmək istəməməkdir.
Məsələn, bir kursa gedib hansısa sahəni öyrənmək, daha sonra bu sahədən pul qazanmaq və daha yaxşı yerlərə gedə bilmək imkanları olduğu halda kurs və ya xidməti “qiyməti bahadır” deyib almamaq xəsislikdir. Bundan başqa, məsələn, ac olduğunuz vaxt “sağlam qida bahadır” deyib daha ucuz olsun deyə, qeyri-sağlam qidaya az pul xərcləmək də xəsislikdir.
Ailə məişət zəminində də qənaət və xəsislik incə xətt ilə bir-birindən ayrılır. Məsələn istifadə olunmayan otaqlarda işığı söndürmək, dişləri fırçalayarkən suyu bağlamaq, ehtiyac olmadığı müddətdə elektiklə çalışan hansısa cihazı elektrik qovşağından ayırmaq qənaət sayıldığı halda tez-tez istifadə olunan hissələrdə, məsələn, evin ümumi zalında hər dəfə işığı söndürmək artıq xəsislik sayılır.
Büdcə planlaması zamanı da bəzən şəxslər qənaət ilə xəsisliyi qarışdıraraq əslində qənaət etməli olduqları yerdə xəsislik də edə bilirlər. Məsələn, şəxsi inkişaf üşün kitablara, teatr və konsertlərə büdcə ayırmağa xəsislik edib buna qənaət adı verənlər də olur.
Ümumilikdə isə, bir insanın zəruri ehtiyaclarını ödəyən və inkişafı üçün vacib olan proseslərə pul xərcləməməsi xəsislikdir. Məsələn, qışda ayağını isti saxlayacaq bir ayaqqabıya ehtiyacı olduğu halda ona pul xərcləməyib bütün ili sadəcə bir ayaqqabı ilə gəzmək qənaət yox, xəsislikdir. Normal ayaqqabısı olduğu halda başqa bir ayaqqabı almamaq isə qənaət.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu cərimələr kəskin artırılır
05.12.2025Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı
05.12.2025Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin
05.12.2025Əbdül Bayramov vəzifəsindən azad edildi
05.12.2025
Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL
05.12.2025Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir
05.12.2025"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05.12.2025
Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?
05.12.2025Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək
05.12.2025Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
05.12.2025“Vinci” startapı 46 milyon dollar investisiya alıb
05.12.2025Azərbaycan nefti cüzi ucuzlaşıb
05.12.2025Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib
05.12.2025"OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib
05.12.2025Avro ucuzlaşır
05.12.2025Bu sektorda işləyənlərin sayı azalır - CƏDVƏL
05.12.20254 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025