Redaktor
Yay aylarında Dubayda istirahətin Türkiyədən ucuz olmasının səbəbləri nələrdir?
Xarici ölkələrə turla səfər edən zaman insanların əsas fikir verdiyi məqamlardam biri də qiymət məsələsidir. Seçim edən zaman qiymət faktoru əsas rol oynayır. Ən çox üz tutulan xarici turlar arasında əsasən Türkiyə çoxluq təşkil etsə də, son zamanlar Dubaya da tur ilə səyahət edənlər kifayət qədərdir. Amma Dubay ilə Türkiyəni müqayisə edən zaman Türkiyəyə təşkil olunan turların qiyməti daha bahadır.
Maraqlıdır, Türkiyəyə təşkil olunan turların qiymətinin baha edən amillər hansılardır?
Valyuta.az-a danışan bloger, turizm eksperti Azər İsmayıl bildirdi ki, hazırki zamanda Türkiyədə istirahət etmək üçün ən bahalı vaxtdır. Dubayda isə ucuz zamandır:
“Çünki Dubayda hava bu aylarda çox isti olur və insanlar ora səyahət etməkdən çəkinirlər. Dubayda hava çox isti olduğu, insanların günorta vaxtlarında şəhərə çıxa bilmədiyi üçün onun yerinə Türkiyəyə səyahət etməyə üstünlük verirlər”.

Ekspert deyir ki, ilk öncə biz səfər edəcəyimiz şəhəri müəyyən etməliyik. Əgər səyahət edəcəyimiz şəhərlər Türkiyənin Antalya və ya İstanbul şəhəridirsə, bunlar iki fərqli seqmentlərdir:
“Antalyada hotellər, adətən, hər şey daxil sistemi ilə çalışır. Bu da, digər sadəcə səhər yeməyi verən və ya yemək verməyən şəhər hoteli ilə müqayisədə baha ola bilər. Çünki burada xərclər, personal və s. çoxdur. Amma şəhər hotellərində isə daha az resurs, daha az maliyyə sərf olunur deyə qiymətlər ucuz olur. Dubayda da hotellərin çoxu şəhər hotelləridir. Yəni, sadəcə səhər yeməyi verirlər və bəzi hallarda isə yalnız hotel otağı verirlər. Buna görə də, Dubayda hotellərin qiymətinin daha ucuz olması ehtimalı var”.
A.İsmayılın sözlərinə görə, ümumiyyətlə, Dubaya olan tur səfərləri uzun müddətdir təşkil olunur. Əvvəllər qiymət dollar ekvivalentində daha ucuz idi. Bəzi hallarda 200-250 dollara turlar olurdu. Hazırda bütün dünyada qiymətlər dəyişdiyi üçün Dubayda da qiymətlər dollar ekvivalentində qalxıb.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?
08.12.2025Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı
08.12.2025Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR
08.12.2025Səssiz şəkildə işçiləri tükəndirən hallar var
08.12.2025Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb
08.12.2025İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi
08.12.2025Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025