"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi
Süni intellekt bizə avtomobil idarəetməsini, yazmağı və xəstəliklərin diaqnozunu daha yaxşı həyata keçirməkdə kömək edir. İndi isə təsəvvür edin ki, süni intellekt sizə daha yaxşı valideyn olmağa yardım edir.
Valyuta.Az xəbər verir ki, "Andreessen Horowitz" fondunun partnyoru Justina Mur cümə axşamı "X" platformasında şirkətin yeni investisiya strategiyasını təqdim edərək, "LLM-lər və agentlərlə yaradılmış yeni nəsil 'valideyn köməkçiləri' dalğasını" dəstəklədiyini açıqlayıb. O, uşağın yuxu rejimini izləyən və beşiyi yelləyən süni intellekt əsaslı monitor istehsalçısı olan "Cradlewise" və körpənin nəfəs alıb-almadığını yoxlamaq üçün beşik görüntülərini emal edən "Nanit" kimi şirkətlərə diqqət çəkib.
"Təsəvvür edin ki, hər zaman yanınızda olan, suallarınıza cavab verməyə və günün (və ya gecənin) istənilən vaxtında hiss etdikləriniz barədə danışmağa hazır olan süni intellektli valideyn köməkçiniz var," - deyə Mur qeyd edib. "Soula" kimi tətbiqlər süni intellekt vasitəsilə istifadəçidən məlumat toplayaraq analara hamiləlik və doğuşdan sonrakı mərhələdə yol göstərir.
"Valideynlik və süni intellekt birliyi üçün hələ erkən mərhələdəyik," - Mur bildirib. "Hələ görüləsi çox iş var!"
a16z (tam adı ilə Andreessen Horowitz) — Silikon Vadisinin qabaqcıl risk kapitalı (VC) şirkətlərindən biridir. 2009-cu ildə Marc Andreessen və Ben Horowitz tərəfindən təsis edilib. Şirkətin adı təsisçilərin soyadlarının ilk hərfi olan "A" və "Z" arasında 16 hərf olduğuna işarə olaraq "a16z" kimi qısaldılıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay