BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
59002

Hikmət Əliyev 

ERA Konsultasiya və təchizat şirkətinin təsisçisi, Biznesin inkişafı üzrə ekspert

Bizneslə məşğul olursunuz və ya yeni başlamaq fikrindəsinizsə, bunu bilmək lazımdır: biznes yolu qəddardır, risklər, rəqabət və sonsuz çətinliklərlə doludur. Ancaq həqiqət budur: bizneslərin əksəriyyəti uğursuzluğa düçar olur - potensialı olmadığı üçün deyil, sahiblərinin uzaqgörənliyi, nizam-intizamı və ya düzgün strategiyası olmadığı üçün. Daim biznesə atılanların düşündüyü uğursuzluğun və ya uğurun səbəbi nədir? 

Əslində, uğursuzuluğun səbəbini bildikdə elə uğurun yolunu da öyrənmiş oluruq. Bəs nədir bu səbəblər?

Azərbaycan mühitində bizneslərin uğursuzluğuna səbəb olan əsas faktorlar və necə qarşısını almaq barədə izahlar:

1. Zəif Maliyyə İdarəçiliyi

Azərbaycanda kiçik bizneslərin ən böyük problemlərindən biri maliyyə məsələlərinin lazımi şəkildə idarə edilməməsidir. Pul axını məsələləri nəzarətdə saxlanmazsa, şirkət iflasa uğrayır. Sahibkarlar maliyyə biliklərini artırmalı və ya peşəkar mühasibat xidməti almalıdırlar ki, pul vəsaitlərini effektiv şəkildə izləyə bilsinlər. Yerli bazarda daha davamlı və uzunmüddətli uğur üçün maliyyə hesabatlarına ciddi yanaşmaq vacibdir. Statistikalar göstərir ki, dünyada 82% KOB-lar pul vəsaitlərinin hərəkətinin zəif idarə olunması səbəbindən uğursuzluğa düçar olur.

El arasında "Əlinin papağını Vəliyə, Vəlinin papağını Əliyə" deyimi var. Biznesmenlər bəzən qazanmadıqları pulu xərcləyirlər. Yəni planlayırlar ki, 100 000 manatlıq iş görürük. Xərclər çıxıldıqdan sonra qazancımız 40 000 manatdır. İlkin avans 50 000 manat aldıqda 30 000 manatı o dəqiqə problemlərin həlinə yönəldir. Səhv planlama və ya hər hansı səbəbdən iş yarım qalır, büdcə çatmır və avans geri istəndikdə problemlər yaranır. Odur ki, biznes sahiblərinə ilkin məsləhətim xəyali qazanclarını xərcləməsinlər. Maliyyəni düzgün idarə etsinlər.

2. Bazar Araşdırmasının və Planlaşdırmanın Olmaması

Azərbaycanda biznesə başlayan bir çox insan, bazarın tələbatını və rəqabəti nəzərə almadan fəaliyyətə başlayır. Bazarın dərindən araşdırılması, müştəri tələbatının və rəqabət üstünlüklərinin başa düşülməsi biznesin dayağıdır. Qonşu ölkələrdən gələn rəqabət və yerli tələbatın dəyişikliyinə uyğunlaşma da planlaşdırmada nəzərə alınmalıdır.

Qulaqdan qulağa biznes hekayələri ölkəmizdə olduqca məşhurdur. Bəzən ilkin intuisiyalar biznes sahibi olmaq istəyənləri daha karlı kimi görünən sektora girdikdən sonra bazar reallığında məhvə gətirib çıxarır. Bəs təklifimiz nədir? Biznesə başlamaq istəyənlər mütləq işin əhli dediyimiz konsultantlara müraciət etsinlər. Daha sonra lazımi qurumlarla bazarı araşdırsınlar. Daha sonra isə Biznes plan yazaraq planlı biznesin təməlini qoysunlar.

3. Qeyri-adekvat Marketinq və Brendləşmə

Bəzi yerli şirkətlər hələ də marketinqin sadəcə ağızdan-ağıza yayılma yolu ilə mümkün olduğunu düşünürlər. Halbuki, rəqəmsal marketinqə sərmayə qoymaq müasir dövrdə mütləqdir. Sosial media platformalarından istifadə, SEO, və rəqəmsal reklamlar Azərbaycan bazarında genişlənmək istəyən kiçik müəssisələr üçün böyük fürsətdir. Günümüzün iqtisadiyyatında artıq rəqiblər qonşuluqda olan mağazalar deyil. Global dünyada bütün şirkətlər rəqibdir. Alıcılara artıq bütün dünya informasiya satır. Marketinq artıq satışın və ya istehsalın əsasıdır. 

4. Məhsulun Keyfiyyətini və Müştəri Xidmətini Aşağı Qiymətləndirmək

Müştəri məmnuniyyəti Azərbaycanda da biznesin ən əsas elementlərindən biridir. Müştərilərin yüksək keyfiyyətli məhsul və xidmət gözləntiləri var. Pis xidmət və ya keyfiyyətsiz məhsul alıcıları itirməyə gətirib çıxarır. Davamlı müştəri bazası yaratmaq üçün müştərilərin rəyini və təcrübəsini izləmək lazımdır. Ölkəmizdə biznes subyektlərinin gedərək daha çox önəm verdiyi sahə deyə bilərik. Artıq direktor masasında xaricdə təhsil almış, təcrübəsi çox olan yerli mütəxəsislər oturmur. MÜŞTƏRİ şirkətlərin, bizneslərin başında oturur. Qərarları biznes sahibkarı yox, elə müştərinin özü verir. Sahibkar elə MÜŞTƏRİNİN özüdür.

5. Dəyişikliyə Uyğunlaşmamaq

Azərbaycan iqtisadiyyatı və biznes mühiti də qlobal bazarın bir hissəsidir və sürətlə dəyişir. Sahibkarlar bu dəyişikliklərə uyğunlaşmasa, bazardan çıxma təhlükəsi ilə üzləşə bilər. Pandemiya dövründə yerli restoranların və mağazaların onlayn satışa keçməsi bu uyğunlaşmanın yaxşı nümunəsidir. Sosial media dövründə müştərilər yazıçı, araşdırmaçı, rəy bildirən, mütəxəsis və qərar verən rolu oynayır. Anında yazdıqları fikirlər biznesə yön verir. Odur ki, dəyişikliklərə uyğunlaşmayanlar elə o sətirlərin arasında yox olub gedir.

6. Tükənmişlik və Diqqətin Olmaması

Kiçik biznes sahibləri çox vaxt işlərini böyütmək üçün özlərini tükəndirir, amma bu, işin idarə edilməsinə mənfi təsir göstərir. Azərbaycanda da iş sahibləri tapşırıqları paylaşmaq və balanslı iş həyatını qorumaq üçün kadrlar arasında vəzifələri bölüşdürməlidirlər. Biznes sahibləri işin sahibi, ideyanın atası ola bilərlər. Amma onun inkişaf etdirənlər onun komandalarıdır. Biznes sahibləri əgər bizneslərini doğru komanda ilə idarə etməsələr, nəticələri ağır olur. Mən bilərəm havası oynamaq zamanı çoxdan keçibdir. İşi bilənlərlə oynamaq zamandır.

7. Rəylərə Məhəl Qoymamaq və Öyrənməmək

Müştəri rəyinə və işçilərin təkliflərinə laqeyd yanaşmaq bir çox biznes üçün məhvedici ola bilər. Azərbaycanda uğurlu sahibkarlar müştəriləri ilə daim əlaqə saxlayır, onların fikirlərini nəzərə alır və işlərini davamlı olaraq təkmilləşdirirlər. Rəylərə dəyər vermək, biznesin inkişafında mühüm addımdır. Bir çox biznes sahəsində anında müştərinin yanında olmağın faydalarını görmüşəm. Müştəri narazı olmur, müştəri inciyir. Ona zamanında diqqət ayrılmamağı bəzən puldan, bəzən məhsul keyfiyyətindən daha qırıcı olur. Təklifim, müştərinin anında yanında olun.

 

Nəticə

 

Azərbaycanda bizneslə məşğul olmaq yüksək motivasiya və hazırlıq tələb edir. Bunun üçün bəzən konsultanlara və motivatorlara müraciət edin. Maliyyə savadlılığı, bazar araşdırması, müasir marketinq metodları, keyfiyyətin qorunması və çevik olmaq uğur qazanmaq üçün əsaslardır. Hazır olun, çevik qalın və daim öyrənməyə çalışın. Uğur sizin yolunuzu gözləyir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

"Alfa-N Company" məhkəmə qarşısında

7 ildə Azərbaycanda cəmi 3 plastik cərrah məzun olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin