BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
59145

"Koç Holding" 2024-cü ilin üçüncü rübündə bazar gözləntilərindən aşağı nəticə göstərərək 3,68 milyard TL (130 milyon dollar) xalis dövr zərəri ilə üzləşib. Şirkətin doqquz aylıq xalis zərəri isə 1,9 milyard TL (67 milyon dollar) olub.

Valyuta.Az xəbər verir ki, "Koç Holding", 2024-cü ilin ikinci rübünə dair maliyyə göstəricilərini "Kamuyu Aydınlatma Platformu"nda (KAP) paylaşıb. Şirkət, ilin ikinci rübündə bazar gözləntilərinin xeyli altında qalaraq 3,68 milyard TL (130 milyon dollar) xalis dövr zərər göstərib, halbuki bazar gözləntisi 450 milyon TL (16 milyon dollar) xalis gəlir olacağı istiqamətində idi. İkinci rübdəki gəlir 1,60 milyard TL (56 milyon dollar) təşkil edib və nəticədə ilin ilk altı ayında 1,9 milyard TL (67 milyon dollar) xalis zərər qeydə alınıb.

Şirkətin xarici gəlirlərinin ümumi gəlirlərə nisbəti 29% olub və bu gəlirlərin 48%-i "Tüpraş"a aiddir. "Koç Holding", 2024-cü ilin ilk yarısı etibarilə 854 milyon dollar xalis nağd vəsaitə sahibdir.

Konsolidə edilmiş mənfəətdə "Tüpraş"ın xalis töhfəsi 5,4 milyard TL (192 milyon dollar), "Ford Otosan"ın xalis töhfəsi 13,4 milyard TL (476 milyon dollar), "Yapı Kredi"nin zərərə töhfəsi 12 milyard TL (426 milyon dollar), "Arçelik" isə 2,3 milyard TL (82 milyon dollar) zərər göstərib.

Şirkətin gəlirləri ötən ilin eyni dövrünə görə 4% artaraq 1 milyard 660 milyon TL-ə (59 milyon dollar) çatıb, lakin ümumi mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalaraq 240 milyon TL (8,5 milyon dollar) olub. Əsas ortaq paylarında isə 1,9 milyard TL (67 milyon dollar) azalma qeydə alınıb.

2024-cü ilin üçüncü rübündə "Koç Holding"in gəlirlərinin 313 milyard 267 milyon TL-i (11,1 milyard dollar) enerji sektorundan, 220,2 milyard TL-i (7,8 milyard dollar) avtomobil sektorundan, 118,4 milyard TL-i (4,2 milyard dollar) dayanıqlı istehlak məhsullarından, 168,6 milyard TL-i (6 milyard dollar) isə maliyyə sektorundan əldə edilib.

Şirkət, ilin ilk doqquz ayında investisiya fəaliyyətlərindən 2,81 milyard TL (99 milyon dollar) xalis gəlir əldə edib. "Özkaynaq üsulu" ilə qiymətləndirilən investisiyalardan əldə edilən 14,93 milyard TL (525 milyon dollar) gəlir də xalis mənfəətə müsbət təsir edən amillər arasında yer alıb. Lakin 16,86 milyard TL (593 milyon dollar) xalis maliyyə xərci və inflyasiya düzəlişi səbəbindən yaranan 38,51 milyard TL (1,4 milyard dollar) xalis pul mövqeyi itkisi mənfəətlilik üzərində təzyiq yaradıb.

Şirkətin ümumilikdə 819,97 milyard TL (28,7 milyard dollar) məbləğində maliyyə borcu mövcuddur və bu borclar şirkətin ümumi aktivlərinin 21,3%-ni təşkil edir. Xalis Borc/FAVÖK nisbəti isə 0,9 səviyyəsindədir. İlin ilk doqquz ayında təxminən 2,8 milyard ABŞ dolları dəyərində birləşdirilmiş investisiya edən "Koç Holding"in son beş ildəki birləşdirilmiş investisiya həcmi isə 12,9 milyard ABŞ dollarına çatıb. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsdi

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin