BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
59175

Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür. Danılmaz faktdır ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.

Bəs görəsən birbaşa vətəndaşın cibinə girən, göz görə-görə vətəndaşları aldadan məhəllə satıcılarını belə olduğu halda hansı cəza gözləyir?

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı.

"İstehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki,  istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Məbləğ 300 manatdan yuxarı olduqda isə bu, artıq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Eyni əməllər, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə isə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

"Alfa-N Company" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin