BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
58782

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) keçmiş əməkdaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən 2021-2023-cü illərdə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş Natiq B. saxlanılıb.

Həmin illərdə Natiq B.-yə hərraclarda bankı təmsil etmək üçün etibarnamə verilib. O, banka məxsus 6 avtomobili 68.550 manata hərraca çıxarıb. Hərracların təşkilində saxtakarlıq edərək əvvəlcədən tanıdığı şəxsləri hərracın qalibi edib.

Belə ki, Natiq B. "Panorama Travel" səyahət agentliyinin rəhbəri (qanuni təmsilçisi Əskərli İlqar Şahverən oğlu) və digər şəxslərlə əvvəlcədən razılaşaraq, avtomobilləri onlara hərrac vasitəsilə satıb. Həmin şəxslər hərracda iştirak etmək üçün avtomobillərin ümumi dəyərinin 10 faizini banka köçürüblər.

Natiq B. qalan 48.550 manat məbləğində pulu mənimsəyib. Banka ödəniş edilməsinə dair saxta kassa mədaxil orderləri hazırlayaraq işlədiyi departamentə təqdim edib. Bankın vəzifəli şəxsi əldə etdiyi pulun bir qismini iribuynuzlu heyvan almağa sərf edib. Cinayətin üstü açıldıqdan sonra götürdüyü pulun 20 min manatını banka qaytarıb.

Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, hərracda iştirak edən şəxslər nəzərdə tutulan məbləği ödəmədikləri üçün banka ödəniş edə bilməyib. O, təşkil etdiyi hərraclarda saxtakarlığın üstü açılmasın deyə saxta kassa mədaxil orderləri hazırlayaraq departamentə təqdim edib.

Məhkəmənin qərarı ilə Natiq B. Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin