“Azər Türk Bank” kreditləri bahalaşdırıb?
“Azər Türk Bank” kreditlərə komissiya tətbiq etməyə başlayıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, bank noyabr ayından etibarən kreditlərə 1 faiz komissiya haqqı tətbiq etməyə başlayıb. Kredit faizlərində isə hələlik dəyişiklik edilməyib. Nağd pul kredit faizləri 11-15% təşkil edir. Bank 3-48 ay müddətinə 40 min manatadək kredit təklif edir.
Məsələ ilə bağlı bankdan bildirilib ki, bu, 48 aya qədər kreditlərə şamil edilib və 2023-cü ildən tətbiq edilir.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin "Ziraat Bank"ına, 1,1%-i "Ziraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta"ya, 5%-i isə "Qala Həyat Sığorta"ya məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay