BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
47829

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Bu barədə Valyuta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, namizədlərin qeydiyyatı mayın 19-u saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər //eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 1-11 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün mayın 10-dan 19-dək ərizə verməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da mayın 10-dan 19-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin