Azərbaycanda heyvanların və quşların sayı kəskin azalıb - Yumurta və süd istehsalı artıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda olan mal-qaranı sayı 2 milyon 489 min 297 baş olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 min 895 baş və ya 1,7% azdır. Bundan başqa, bu dövrdə qoyun və keçilərin sayı 7 milyon 5 min 689 baş olub ki, bu da, illik müqayisədə 217 min 517 baş və ya 3% azdır.
Donuzların sayı da illik müqayisədə 1 min 498 baş və ya 27,9% azalaraq 3 min 879 baş olub.
Kənd təsərrüfatı müəssisələri üzrə quşların sayı 10 milyon 634 min 74 baş olub ki, bu da, illik müqayisədə 1 milyon 157 min 639 baş, yaxud da 9,8% azdır.
Cari ilin hesabat dövründə 852 milyon 155 min ədəd yumurta istehsal olunub ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 87 milyon 635 min ədəd, yaxud da 11,5% çoxdur. Hər yumurtlayan toyuqdan orta hesabla 176 yumurta alınıb ki, bu da, müqayisədə 18 ədəd azdır.
Süd istehsalı da 11 min 313 ton və ya 0,7% artaraq 1 milyon 694 min 176 ton olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay