![](https://valyuta.az/file/articles/2024/06/14/1718356338_ayla-recovered.jpg)
Sosial
14.06.2024 / 13:09
300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir - Nazir
50122
Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb, orta pensiya 2.4 dəfə artıb və ən hassas kateqoriyadan olan insanlarımız - sosial müavinət alan, əlilliyi olan insanlarımız, çox uşaqlı ailələr, yaşa görə müavinət alan insanlarımızın ödənişləri isə 5 dəfə artıb.
Valyuta.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Nazir qeyd edib ki, bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir.
S.Babayev bildirib ki, ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti məhz aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay