BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8364
  • RUB
    0.0177
  • TRY
    0.0496
  • GBP
    2.208
50455

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin yeni siyahısı təsdiqlənib.

Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.

Belə ki, qərarla "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı" iki dəfədən çox genişləndirilib.

Siyahıya:

- gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator),

- yıxılma detektorları,

- statik vertikalizator,

- ayaq əyriliyi breketləri,

- daşına bilən panduslar,

- gözdən əlilliyi olanlar üçün ağ əsa,

- Brayl əlifbası ilə yazılmış saat,

- Brayl sistemi ilə yazı üçün cihaz,

- optik böyüdücülər,

- ekran oxuyucuları (skrinriderlər)

- hamam otağı üçün stul və ya kətil,

- tualet kreslosu,

- hopdurucu bezlər və mələfələr,

- fərdi həyəcan-siqnalizasiya sistemləri,

- ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.

Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ bir qrup kəşfiyyat peykini orbitə çıxarıb

ABŞ bir qrup kəşfiyyat peykini orbitə çıxarıb

"ANADOLU EVENT"ə protokol tərtib edilib

"Stellantis" yeni nəsil elektrik avtomobillərinin yaradılmasına başlayır

Rusiya neftinin əsas alıcıları tədarükdən imtina etməyə başlayıblar

"LinkedIn" 310 milyon avro cərimələndi

Ukrayna Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə endirə bilər: Ruslar bunu hiss edəcəklər

Rusiya aktivləri hesabına Ukraynaya veriləcək 35 milyardın ödənmə müddəti açıqlandı

Avropa Məhkəməsi "Intel"ə qarşı 1,1 milyard dollarlıq cəriməni ləğv etdi

Heç kimin tək qalmayacağı şəhər salınacaq - 451,3 milyard xərclənəcək

Heç kimin tək qalmayacağı şəhər salınacaq - 451,3 milyard xərclənəcək

Nazirlik Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemi yaradır

Yanğın təhlükəsizliyi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Sabah bu ərazilərdə işıq olmayacaq

Parisdə Livan üçün 1 milyard dollar toplandı

"AZTRANZIT PRO" məhkəmə qarşısında

Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - Qiymət və detallar

Türkmənistan “Qazprom”a qaz tədarükünü dayandırdı - İF

"Qaradağ Şüşə Zavodu" qaz pulunu ödəmir?

"Collezione İtalia"dan maddi ziyan tələb edilir

Paleorobotlar mühüm təkamül sirrini həll etməyə kömək edəcək

“Yevlax Pilot Aqropark”ın II mərhələ üzrə tikinti işlərinə başlanılır – 31 milyonluq layihə

DGK "ABC-Telecom"u inzibati məsuliyyətə cəlb etdi

ABŞ rəqəmsal casuslar yaratmaq istəyir

Sabah paytaxtın 4 rayonunda qaz təchizatı dayandırılacaq

ABŞ Fələstinə növbəti yardım paketi ayırıb - 135 milyon dollar

578 milyon manat pul ölkəyə qaytarılmayıb - Cinayətkar qrup ifşa edildi

QR kodları ilə edilən hücumlar - Bundan qorunmağın yolları

AQTİ yarım milyonluq xüsusi geyim alır

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı®

Rəqəmsal yorğunluq nədir? - Bu simptomlara diqqət

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin