BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8364
  • RUB
    0.0177
  • TRY
    0.0496
  • GBP
    2.208
50390

Pərvanə Həsənova
       İnsan Resursları mütəxəssisi

İnsan Resurslarının idarə olunmasının məqsədlərindən biri də işlərini layiqli icra edən əməkdaşların, istedadların işə bağlılığını və işdə saxlanılmasını təmin etməkdir. Yüksək əmək haqqı istedadı cəlb edə bilər, lakin istedadı orada saxlayan özünü ifadəetmə fürsəti və iş məmnunluğudur.

Müəssisələrdə yeni ideyalar, yeni təkliflər verən əməkdaşlara və komandalara xüsusi diqqət ayrılmalıdır. Əməkdaşların işə bağlılığı üzrə layihələrin plan və konsepsiyalarının yaradılması, karyera planlaşdırma metodologiyalarının hazırlanması, istedad hovuzunun formalaşdırılması, ədalətli mükafatlandırma və motivasiya sistemlərinin tətbiqi, işçilər və rəhbərlik arasında müsbət münasibətlərin formalaşdırılması və qarşılıqlı inam mühitinin yaradılması, yüksək performanslı təşkilati mədəniyyətin formalaşdırılması, işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi yolu ilə karyera inkişafının həyata keçirilməsi, səriştəli işçilərin saxlanılması üçün təkliflərin hazırlanması, söz azadlığı, effektiv kommunikasiya, müsbət iş mühiti, motivasiya və s. nəticədə təşkilati bağlılığın gücləndirilməsinə, effektiv və məhsuldar işə gətirib çıxarır.

1. İşçi mərkəzli yanaşma. Bu yanaşma 2000-ci ildən bəri ortaya çıxıb. İşdən çıxmanın ən çox yayılmış səbəbi işçi bağlılığının və karyera inkişafının olmaması, pis işə uyğunlaşmadır. Hər bir fərdin gözləntisi analiz olunarsa, ona dəyər verildiyini, qayğısını hiss edərsə, təşkilati uğurunu öz uğuru hiss edə bilməsi üçün korporativ mühit formalaşdırıla bilərsə, əməkdaş nadir hallarda işdən ayrılmaq barədə düşünə bilər.

2. Ən birinci onboarding prosesini düzgün aparmaqla ilkin etapda həm xərclərə qənaət etmək, həm də yeni komanda üzvünün daha tez zamanda peşəkar olmasına nail olmaq olar. Adaptasiya planlarının hazırlanması və izlənməsi biznes üçün əhəmiyyətlidir.

3. Öyrənmə və inkişaf prosesində müəssisənin strateji məqsədlərinə uyğun inkişaf etdirilməsi ehtiyac bilinən səriştəlikləri, həmçinin güclü tərəfləri düzgün müəyyənləşdirmək olduqca vacibdir.

Digər struktur bölmələrdən daxil olan təlim sifarişləri hər işçi üzrə fərdi şəkildə yenidən dəyərləndirilməlidir. Düzgün istiqamətdə öyrənməyə şərait yaradılarsa, geri dönüş möhtəşəm olur. Əməkdaşın güclü tərəflərini müəyyən etmək üçün xarici ədəbiyyatlardan istifadə etmək mümkündür.

4. Motivasiya sisteminin, əmək haqqı sisteminin, mükafatlandırma sisteminin, dərəcələndirmə ilə əmək haqqı siyasətinin, performans qiymətləndirmənin düzgün müəyyənləşdirilməsi, digər kriteriyalara görə əlavə ödənişlər, KPIlara görə əlavə bonuslar, hissə sənədləri, maddi yardımlar, güzəştlər, təşviqatlar və mükafatlar, beynəlxalq sertifikatları və digər əlavə təhsil alan əməkdaşların ödənişini öhdəsinə götürmək və s. ən güclü faktorlardandır.

5. İnsan resursları Planlaması (İRP) düzgün aparılması, işçilərin karyera xəritələrinin hazırlanması, istedadların inkişafına fokuslanan proqramlar hazırlamaq birbaşa müəssisənin strateji məqsədinə, biznesə təsir edir.

6. İşəgötürən brendinin formalaşdırılması ilə “İşçilərin çalışmaq istədiyi müəssisə” olaraq əmək bazarında öz yerini tutur. Müsbət imic qazanmış, güclü işəgötürən brendi ən yaxşı istedadları, səriştəli işçiləri cəlb etməyə, həmçinin işçi bağlılığını gücləndirməyə imkan verir. Müşahidələr göstərir ki, görülən, eşidilən, hörmət edilən, dəyər verilən, yatırım olunan əksər əməkdaşlar müəssisəyə bağlı olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ bir qrup kəşfiyyat peykini orbitə çıxarıb

ABŞ bir qrup kəşfiyyat peykini orbitə çıxarıb

"ANADOLU EVENT"ə protokol tərtib edilib

"Stellantis" yeni nəsil elektrik avtomobillərinin yaradılmasına başlayır

Rusiya neftinin əsas alıcıları tədarükdən imtina etməyə başlayıblar

"LinkedIn" 310 milyon avro cərimələndi

Ukrayna Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə endirə bilər: Ruslar bunu hiss edəcəklər

Rusiya aktivləri hesabına Ukraynaya veriləcək 35 milyardın ödənmə müddəti açıqlandı

Avropa Məhkəməsi "Intel"ə qarşı 1,1 milyard dollarlıq cəriməni ləğv etdi

Heç kimin tək qalmayacağı şəhər salınacaq - 451,3 milyard xərclənəcək

Heç kimin tək qalmayacağı şəhər salınacaq - 451,3 milyard xərclənəcək

Nazirlik Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemi yaradır

Yanğın təhlükəsizliyi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Sabah bu ərazilərdə işıq olmayacaq

Parisdə Livan üçün 1 milyard dollar toplandı

"AZTRANZIT PRO" məhkəmə qarşısında

Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - Qiymət və detallar

Türkmənistan “Qazprom”a qaz tədarükünü dayandırdı - İF

"Qaradağ Şüşə Zavodu" qaz pulunu ödəmir?

"Collezione İtalia"dan maddi ziyan tələb edilir

Paleorobotlar mühüm təkamül sirrini həll etməyə kömək edəcək

“Yevlax Pilot Aqropark”ın II mərhələ üzrə tikinti işlərinə başlanılır – 31 milyonluq layihə

DGK "ABC-Telecom"u inzibati məsuliyyətə cəlb etdi

ABŞ rəqəmsal casuslar yaratmaq istəyir

Sabah paytaxtın 4 rayonunda qaz təchizatı dayandırılacaq

ABŞ Fələstinə növbəti yardım paketi ayırıb - 135 milyon dollar

578 milyon manat pul ölkəyə qaytarılmayıb - Cinayətkar qrup ifşa edildi

QR kodları ilə edilən hücumlar - Bundan qorunmağın yolları

AQTİ yarım milyonluq xüsusi geyim alır

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı®

Rəqəmsal yorğunluq nədir? - Bu simptomlara diqqət

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin