BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
49779

Dos. İsa Qasımov

Bakı Mühəndislik Univeristeti Texnoparkının direktoru,

İnnovasiya Ekosistemi Oyunçuları Assosiasiyası idarə heyətinin sədri

Universitetlərdə proseslərin mütərəqqi formada təşkilinə nail olmaq üçün Texnoloji Transfer Ofislərinin (TTO) rolu çox əhəmiyyətlidir. TTO-lar təkcə universitetin davamlılığı üçün əhəmiyyətli olmaqla deyil, ümumiyyətlə, bilikdən istifadənin təşkilində mühüm rola malikdir.

Belə ki, üçüncü nəsil universitetlər kimi bilinən təhsil və tədqiqat qurumlarında əlavə dəyərin formalaşdırılması başlıca missiyadır. Bu mənada universitetlər üçün məzunlarının “yaxşı iş tapması” anlayışından daha əhəmiyyətli olan məzunlarının “daha yaxşı investisiya qazana bilməsi” anlayışı önə çıxır. Başqa sözlə, ali təhsil müəssisəsinin fəaliyyətində “neçə yeni şirkətin formalaşması” və ya “universitetdən neçə şirkət ortaya çıxması”, eləcə də bu şirkətlərin formalaşdırdığı dəyərin həcmi kimi məqamlar daha aktual hesab olunur.

Bilikdən istifadə edərək, əlavə dəyər formalaşdıran ali təhsil müəssisəsində tədris prosesinin lokomotivi tədqiqat, tədqiqatın lokomotivi isə innovasiya prosesi olur. Bu cür cərəyan edən proseslərdə elə bir ekosistem formalaşır ki, burada bütün tərəflər (tələbə, tədqiqatçı müəllim, investor və s.) öz maraqlarını, qarşısındakının da güclü olmasını istəyərək, təmin etməyə çalışır. Buna iş dünyasında innovasiya ekosistemi də deyilir. Bu ekosistemdə proseslər tələbə və ya müəllim mərkəzli deyil, əlavə dəyərə fokuslanan meyarlar əsasında baş verir. Bu cür proseslərdə cərəyan edən tədris prosesində təkcə müəllimin deyil, tələbənin də bilikləri əhəmiyətli formada nəzərə alınır. Başqa sözlə, müəllimlər tələbəni öyrətməkdən daha çox, ona mentorluq etməyə, dolayısı ilə onun həyata baxışı, mövcud bilik və bacarıqlarını da nəzərə alaraq əlavə dəyər formalaşdırmağa fokuslanır.

Akademik müstəqilliyini başa düşən və əldə edən müəllim tədqiqatçıların iştirakı ilə baş verən belə tədris fəaliyyəti tədqiqat və inkişaf (R&D) proseslərinin bir parçası olur. Belə olduqda isə, tədris prosesi darıxdırıcı və ya bezdirici olmaqdan çıxaraq, həvəsləndirən və ya kəşf edən formada davam edə bilir. Hansı ki, bu yanaşma ömür boyu öyrənmənin təbii formada baş verməsinə səbəb olur.

Əlbəttə, yuxarıda verilənlər mühafizəkar idarəçilərin və ya akademik titullara malik söz sahibləri üçün asan qəbul edilən məsələlər olmaya bilər. Bu başa düşüləndir. Xüsusilə, uzun müddət təhsil və tədqiqat sahəsində əmək xərcləmiş və ya bu sahəyə ömrünü vermiş insanların, eləcə də onların yetişdirdiyi digər akademik şəxslərin düşüncələri dəyişikliklərə qarşı mühafizəkar ola bilər. Ancaq TTO-ların fəaliyyətində bu da nəzərə alınır. Beləliklə, TTO-lar nədir və onların işi necə qurulur?

TTO akademik tədqiqat nəticələrinin səmərəli və sürətli kommersiyalaşdırılmasını təşkil edən və bununla bağlı fəaliyyətləri həyata keçirən qurumdur. Çox hallarda universitetlərin və texnoparkların tərkibində, eləcə də tədqiqat və inkişaf (R&D) fəaliyyətlərinə əhəmiyyət verən iri müəssisələrdə formalaşdırılır. Bilik iqtisadiyyatında TTO-ların aktuallığı daha da artır. TTO-lar universitet və tədqiqat mərkəzləri ilə sənaye (biznes) arasında, o cümlədən tədqiqatçılar, sahibkarlar, investorlar, sənayeçilər və digər maraqlı tərəflər arasında səmərəli əməkdaşlığı təşkil edərək, bilikdən səmərli istifadəni təmin etməklə əlavə dəyər formalaşdırılmasına zəmin verir.

TTO-ların əsas məqsədlərini aşağıdakı kimi qeyd etmək olar:

Tədqiqatçıların qarşılaşdıqları və ya qarşılaşa biləcəkləri riskləri azaldan strategiyalar formalaşdırmaq;

İnvestorların, o cümlədən iş dünyasının tədqiqatçılarla əməkdaşlığını təşkil etmək və biznesə əlavə dəyər qazandırılmasını təmin etmək;

Sahibkarlıq, innovasiya, startap, R&D və əqli mülkiyyət hüquqları üzrə təbliğat işləri və təlimləri təşkil etmək;

Tədqiqatçılara, startaplara və sahibkarlara həm ölkə daxilində, həm də xaricdə qüvvədə olan patent sənədlərinin alınmasında köməklik göstərmək;

Peşəkar mütəxəssislərlə şirkətlər və startaplar arasında əlaqəni formalaşdırmaq;

Patent, əqli mülkiyyət hüquqları, lisenziyalaşdırma, akademik əsaslı yeni şirkətlərin yaradılması üçün təşviqlər etmək, bu məqsədlə bazar araşdırması, təsis kapitalı və ya toxum investisiyanın tapılması, eləcə də layihənin maliyyələşdirilməsi üzərində iş apararaq, sənaye və universitetləri ehtiyaclara uyğun istiqamətləndirmək.

TTO-larda işin səmərəli təşkili və məqsədlərə nail olmaq üçün fəaliyyətlər 5 modulda həyata keçirilir. Hər bir modul üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri isə aşağıdakı kimidir:

Modul 1. Fərqindəlik, təqdimat, maarifləndirmə və təhsil xidmətləri

Maarifləndirmə və təbliğat tədbirlərini təşkil etmək;

Tədqiqat və inkişaf sahəsində qazanılmış uğur hekayələrinin paylaşılması məqsədilə vebinar, seminar, panel, forum və konfransları təşkil etmək;

Müxtəlif proqram və layihələr haqqında məlumatlandırmanı təşkil etmək;

Müvafiq jurnal, bülten, broşür, kataloq və bu kimi materialları hazırlamaq və yaymaq;

Layihə dəstək fondları, əqli mülkiyyət hüquqları, patent və lisenziyalaşdırma, startap, innovasiya və sahibkarlıq mövzularında təlim və mentorluq xidmətlərini təşkil etmək.

Modul 2. Dəstək proqramlarından faydalanmağa yönəlmiş xidmətlər

Milli və beynəlxalq layihə və qrant çağırışlarını tədqiqatçıların elektron ünvanlarına göndərmək;

Veb səhifə, sosial media və digər vasitələrdən istifadə etməklə maraqlı tərəfləri davamlı məlumatlandırmaq;

Milli və beynəlxalq çağırışlara müraciət etmək məqsədilə tədqiqatçılara və firmalara akademik və texniki-inzibati dəstək vermək;

Milli və beynəlxalq qrant dəstək proqramlarına müraciət etmək üçün layihənin hazırlanması və yazılmasına dəstək vermək;

Əlavə dəstək mexanizmlərinin işlənməsi və tapılması istiqamətində məsləhət xidmətlərini təşkil etmək, eləcə də yeni cəhdlər etmək.

Modul 3. Elm-təhsil biznes əməkdaşlığı

Biznes və ya sənayenin gözlənti və ehtiyaclarını təyin etmək üçün tədqiqat, müzakirə, konfrans və digər tədbirlərin təşkil etmək;

Universitet-sənaye əməkdaşlığını təşviq və təşkil etmək;

Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə tələb və ehtiyaclara uyğun təşkilatlanma işlərinin təşkil etmək;

Bazarın dəstəkləri ilə tədqiqat və inkişaf proqram və layihələrini təşkil etmək;

Sənaye əhəmiyyətli tədqiqat və inkişaf proqram və layihələrini dəstəkləmək;

İş fikirləri və innovasiya layihələrinin sənayeçilərə təqdim edilməsi məqsədilə müxtəlif tədbirləri təşkil etmək.

Modul 4. Əqli mülkiyyət və lisenziylaşdırma xidmətləri

Patent və faydalı modelin yazılması, əqli mülkiyyətin təmin edilməsi məqsədilə müraciətin edilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinə dəstək vermək;

Elm-təhsil müəssisələri, patent təşkilatları, texnoparklar, akselerasiya və inkubasiya mərkəzləri ilə tərəfdaşlıq etmək və ehtiyaclara uyğun dəstək mexanimzlərini təşkil etmək;

Tərəfdaşların patent ve lisenziyalaşdırma əməliyyatlarına dəstək vermək məqsədilə milli və beynəlxalq təşlkilatlarla görüşlər keçirmək, bununla bağlı müvafiq təqdimatlar etmək;

Əqli mülkiyyət və lisenziyalaşdırma işlərində tərəfdaşlara akademik və texniki-inzibati dəstəklər təşkil etmək.

Modul 5. Şirkətləşmə və sahibkarlıq xidmətləri

İnkubasiya və akselerasiya ximdətləri təşkil etmək;

İdeya və layihə müəllifləri ilə investorların əməkdaşlığını təşviq və təşkil etmək;

Tədqiqatçıların və tələbələrin şirkət qurmaq fəaliyyətlərinin asanlaşdırılması üçün mexanizmlər qurmaq və təklif etmək;

Tədqiqat və inkişafa əsaslanan firmaların sayını artırmaq və bu firmaların davamlılığını təmin edən tədbirlər təşkil etmək;

Tədqiqat və inkişafa əsaslanan firmaların əməkdaşlığını təmin etmək;

Lisenziya və hissə satışı edərək, tədqiqatçılara gəlir təmin etmək;

Biznes təşəbbüskarlığı və startap mədəniyyətini inkişaf etdirmək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Vüqar Qurbanov direktoru işdən çıxardı (FOTO)

Banklar kreditləri neçə faizlə verir? - SON RƏQƏMLƏR

"Azərkontrakt" ləğv edilir

İKZF kirayə mexanizmi üzrə yaşayış sahəsi almaq üçün 144 milyon manat ayırdı

Maskın 56 milyard dollarlıq maaş paketi təsdiq edilmədi - 103 səhifəlik qərar

İşə müraciət edən zaman şəkilsiz CV-lərə baxılmır?

İşə müraciət edən zaman şəkilsiz CV-lərə baxılmır?

Bakının ən böyük biznes mərkəzlərindən biri hərraca çıxarılır - 6 MİLYON BEH

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub

Rusiya ilə Azərbaycanı birləşdirən magistral dörd zolaqlı olacaq

Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıb

"Özsüt Azərbaycan" cərimələnə bilər

"OpenAI"nin reklam biznesinə keçidi - "Financial Times"

"Made in Turan" məhsulları Amerika bazarına çıxarılacaq"

"Bitcoin" hansı halda 100 min dolları keçə bilər? - "Bitfinex" açıqladı

"Bitcoin" hansı halda 100 min dolları keçə bilər? - "Bitfinex" açıqladı

Avtomobil idxal edən şirkət bağlanır

Sumqayıtdakı partlayışda zərər dəyən evlər sığorta ödənişi ala bilər?

Vyetnamlı milyarder qadına ölüm hökmü verildi

Gələn il inflyasiya builkindən çox ola bilər – Mərkəzi Bank

Prezident bu universitetə rektor təyin etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin