BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
49761

Asif İbrahimov

   KidFi startapının həmtəsisçisi

Bu sual əksər hallarda startaplar üçün ən vacib suallardan biri olur.

Deməli, bu halda startapın qiymətini təyin etmək üçün aşağıdakı amilləri nəzərə almaq vacibdir:

•  Maliyyə göstəriciləri: Gəlir, xərclər və gələcək proqnozları qiymətləndirmək

•  Bazar araşdırması: Oxşar startapların bazar dəyərini müqayisə etmək

•  Mərhələ və potensial: Startapın inkişaf mərhələsini və bazar potensialını qiymətləndirmək

•  Rəqabət və komanda: Rəqabət üstünlükləri və komandanın gücünü nəzərə almaq

•  İnvestor məbləği: İnvestorlar üçün təklif edilən faiz və strateji əhəmiyyət

Bu idealda olan bir yanaşmadır, amma reallıqda isə indiki dövrümüzdə startapın qiyməti iki qaydada təyin olunur:

•  İnvestisiya alan startap

•  İnvestisiya almayan startap

İnvestisiya alan startapdırsa, burda qiyməti çox asanlıqla hesablama mexanizmi var. İndiki dövrdə Azərbaycanda aktual olan akselerasiya investisiyasını misal götürək. Məsələn, X adlı startap Y adlı akselarasiyasından 25.000 AZN investisiya əldə edir, X startapının 5%-i şirkət payını alma müqabilində. Burada çox sadə hesablama var, hər hansı investor sizin şirkətin 5%-ni 25.000 AZN alırsa, deməli, şirkətin 100%-i 20 yə vurularaq 25.000x20=500.000 AZN edir.

Yəni sizin startapınızın qiyməti 500.000 AZN təşkil edir.

Startap investisiya almayıbsa, burada artıq dəqiq hesablama metodu yoxdur. Sadəcə olaraq siz gərək bir az rəqəmlərlə oynayasınız. Əsasən də, rəqəmləri şişirtməklə.

Amma ən optimal variantı budur ki, sizin startapa xərclədiyiniz bütün məbləğləri, qazancları nəzərə almaq lazımdır. Məsələn, X adlı startapa məhsul hazırlamağa 20.000 AZN pul xərclənib, reklama 2000 AZN, server və lisenziyalara 5000 AZN, müştəridən də 5000 AZN qazanmısız və nəticədə sizin startapın qiyməti 32.000 AZN təşkil edir.

Amma gördüyünüz kimi 32.000 AZN məbləğ çox azdır və investorlara heç maraqlı olmayacaq. Ona görə də investisiya almayan startaplar bu qeyd edilən məbləğlərin üstünə növbəti illərdə potensial misal 200-300 min AZN qazanacaqlarına inanıb, bu 200-300 min məbləği startapın qiyməti üstünə gəlib toplam məbləği qeyd edirlər.

Amma startapın qiymətləndirməsində vacib məsələ budur ki, startapın başlanğıc fazlarında çox investisiya almaq məsləhət deyil. Yeni startap olduğunuz zaman sizin startapın qiyməti demək olaraq yoxdur və siz ilk aşamalarda investisiya alıb startapın payını paylamaqla, sonda sizə şirkət payı qalmayacaq, səs hüququ demək olaraq olmayacaq və şirkətin də qiymət ciddi şəkildə qalxmayacaq.

Ona görə ən optimal variant öz gücünüzlə startapınızı müəyyən səviyyəyə çatdırıb, investisiya almaqdır. Ən pis halda isə ilk başda kiçik investisiya almaq, startapı inkişaf etdirmək, gəlirləri qaldırmaq və növbəti aşamada investisiyaya açıq olmaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı sahələrə investisiya qoymalıyıq? - "UBS"

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin