Redaktor
"Qala Sığorta"nın əməkdaşı vətəndaşı 2 000 manat cərimələtdirdi
"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı T.Mehdi vətəndaş S.Əhmədovu xüsusi itiham qaydasında məhkəməyə verib.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, T.Mehdi ərizəsində S.Əhmədovun Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edib.
İşə Laçın Rayon Məhkəməsində hakim Cavad İbrahimovun sədrliyi baxılıb.
T.Mehdi məhkəmədə deyib ki, yol-nəqliyyat hadisəsi barədə "Qala Sığorta" ASC-nin qaynar xəttinə məlumat daxil olub. Şirkətdə qəza komissarı vəzifəsində çalışan T.Mehdi hadisə yerinə gedib. O, hadisə haqqında danışarkən bildirib ki, S.Əhmədova məxsus BMW 316 yol kənarındakı təmir emalatxanasından baş yola geriyə hərəkət edərkən "Opel Astra" markalı avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Bu hadisəyə görə S.Əhmədov təqsirli bilinib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülüb.
Ətraflı
Ad - 00:03
T.Mehdinin sözlərinə görə, S.Əhmədov hadisədə təqsirli bilindiyi üçün ona heç bir ödəniş edilməyib və bu barədə vətəndaşa izahat verilib. "Qala Sığorta"nın əməkdaşı əlavə edib ki, buna baxmayaraq S.Əhmədov sosial şəbəkələrdə onun ünvanına təqhir və böhtanlar yağdırıb.
S.Əhmədov isə bildirib ki, hadisədə özü günahkar olmayıb. T.Mehdini də zənglərinə cavab vermədiyi üçün sosial şəbəkələrdə tənqid edib. Daha sonra isə işlətdiyi ifadələrə görə sosial şəbəkə vasitəsi ilə ondan üzr istəyib.
Hakim Cavid İbrahimov hər iki maddə ilə S.Əhmədovu təqsirli bilib və ona ayrı-ayrılıqda 1000 manat cərimə cəzası təyin edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025