Son 3 ildə Azərbaycanın sığorta bazarı 70 faiz böyüyüb
“Azərbaycanın sığorta bazarında 2021-ci ildə 16 %, 2022-ci ildə 18 %, 2023-cü ildə isə 26 % böyümə qeydə alınıb”.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova iyunun 20-də Bakıda keçirilən 10-cu "Azərbaycan Beynəlxalq Sığorta Forumu"da bildirib.
O, qeyd edib ki, son 3 ilin ümumi bazar böyüməsi isə 70 % təşkil edib.
"Xüsusilə vurğulamaq istəyirəm ki, 2023-cü ildə ümumi sığorta yığımları yerli sığorta bazarı tarixində ilk dəfə 1 milyard manatı ötdü və sığorta haqlarının qeyri-neft sektoru üzrə ÜDM-dəki payı 1%-i üstələdi. Sevindirici haldır ki, müvafiq nəticənin əldə olunmasında əksər sığorta növləri kompleks rol oynadı. Bu sırada biz Həyatın yaşam sığortası, Əmlak sığortası, Könüllü tibbi sığorta, Kasko və Avto-icbari sığorta növlərinin adlarını xüsusi olaraq qeyd edə bilərik" - deyə sədr əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay