Avropada “ağıllı” yara sarğısı hazırlandı

Redaktor

06.07.2025 18:52
255

Avropada “ağıllı” yara sarğısı hazırlandı

Sürix Universiteti tədqiqatçıları xroniki yaraların sağalmasını sürətləndirə biləcək yenilikçi hidrogel texnologiyası hazırlayırlar.

Valyuta.az xəbər verir ki, xroniki yaralar, xüsusilə diabet və qan dövranı pozğunluqları ilə əlaqəli dəri zədələnmələri dünya üzrə milyonlarla insan üçün ciddi sağlamlıq problemi olmaqla yanaşı, səhiyyə sistemlərinə də milyardlarla dollarlıq illik yük gətirir. Doktorant Börte Əmiroğlunun rəhbərliyi ilə hazırlanan selektiv süngərəbənzər hidrogel əsaslı “ağıllı” yara sarğıları, toxumalardakı iltihab siqnallarını azaldır və eyni zamanda, sağalma proseslərini aktiv şəkildə təşviq edir.

Bu texnologiya yaranı yalnız passiv şəkildə örtməkdən fərqli olaraq, bioloji prosesi yönləndirmək məqsədi daşıyır.

Tədqiqat Makromolekulyar Mühəndislik Laboratoriyasında aparılır. Əmiroğlu burada həmkarı Apurv Sinqh ilə birlikdə “Immunosponge” adlı startapı təsis edərək texnologiyanın kommersiyalaşdırılması istiqamətində ilk addımlarını atıb. Yeni yara sarğı texnologiyasının əsasını mikrogel hissəcikləri təşkil edir. Bu hissəciklər birləşərək yumşaq, süngərə bənzər struktura malik olur və yalnız iltihab törədən molekulları seçici şəkildə “udur”. Beləliklə, sarğı zərərli molekulları çıxararkən sağalmanı təşviq edən siqnalların qalmasını təmin edir.

“Biz yaranı iltihablı vəziyyətdən çıxarmaq və toxumalara bərpa vaxtıdır mesajını vermək istəyirik”, – Əmiroğlu bildirib.

Onun sözlərinə görə, bu texnologiya təbiətdəki maddə mübadiləsi və hüceyrəarası əlaqə prinsiplərindən ilham alır. Hazırda tədqiqatçılar bu texnologiyanı xroniki dəri yaraları üzərində sınayırlar, lakin onun gələcəkdə qığırdaq, sümük və vətər kimi digər toxuma növlərinin sağalmasında da potensial tətbiqi mövcuddur. Bu, xüsusilə, qan dövranının zəif olduğu toxumalarda effektiv regenerasiyanı təşviq etmək üçün vacib ola bilər.

Ənənəvi yara sarğılarından fərqli olaraq, “İmmunosponge”un texnologiyası yaranın əsas molekulyar səbəblərini hədəfləyir və erkən müdaxilə üçün nəzərdə tutulub.

Əmiroğlunun sözlərinə görə, layihənin uğuru yalnız elmi əsaslı yanaşmadan deyil, həm də klinik tələblərin və bazar ehtiyaclarının dərindən anlaşılmasından asılıdır.

Startapın növbəti mərhələsi klinik sınaqlara və texnologiyanın daha geniş tətbiq sahələrinin araşdırılmasına yönələcək. Beş və ya on il ərzində “İmmunosponge”un bazara hazır məhsul təqdim edəcəyi gözlənilir.

©Axar.az

Avropada “ağıllı” yara sarğısı hazırlandı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

13.12.2025

Əhali bank sisteminə güvənmir - İqtisadçı

13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək

Gələn ildən telefon və noutbuklar zəifləyəcək

13.12.2025
Larry Ellison bir gündə 25 milyard dollar itirdi

Larry Ellison bir gündə 25 milyard dollar itirdi

13.12.2025

Siqaret istehsalında milyard ədədlik artım

13.12.2025

Azərbaycan nefti cüzi bahalaşdı

13.12.2025

UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq

13.12.2025

Bakıda daha bir bazar sökülür - VİDEO

13.12.2025

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?

13.12.2025

Avtomobil benzini istehsalı artır

13.12.2025

Məzənnə

Yüklənir...