BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7462

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hazırda Xəzər Siyasət Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri Robert Sekuta Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan və region üçün əhəmiyyətindən danışıb.

O bildirib ki, nəhəng, iddialı və kompleks layihə adlanan Cənub Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyi və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir:

“CQD-nin 2020-ci ildə müvəffəqiyyətlə başa çatdırılması, uğurlu özəl sektor tərəfdaşları ilə birgə işləyən fərqli bir qrup dövlətin nə qədər israrlı olduğunu göstərir. Əlbəttə ki, Vaşinqton və digər paytaxtlar, habelə layihəni milli siyasətdən və diplomatik təşəbbüslərdən qazma platformalarına, eləcə də minlərlə kilometrlik borulara çevirən müəssisələr və maliyyə qurumları, müvəffəqiyyətə nail olduqlarını qeyd etmək hüququna malikdirlər. Bununla belə, qarşıda yeni mərhələlər var. Avropa və digər dövlətlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün istixana qazı emissiyalarını azaltmağa çalışdıqları bir vaxtda, təmiz yanacaq kimi qaza olan ehtiyac davam edəcək. Təbii qaz karbon qazının daha az olduğu gələcəyə keçidin əsas elementi olacaq”.

Robert Sekutanın fikrincə, Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan (istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir:

“İstər bir ev, istərsə də iş üçün təhlükəsiz enerji təchizatı vacibdir. Enerji ölkələrin təhlükəsizliyi, rifahı və suverenliyinin əsası, həmçinin ABŞ-ın on illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyini öyrəndiyi və onu dəstəklədiyi bir nöqtədir. Bu işin reallaşması, təbii ki, ABŞ-ın Azərbaycan, Avropa Birliyi, Türkiyə, Ukrayna və digərləri ilə diplomatik fəaliyyətlərində uzunmüddətli faktor rolunu oynayıb. Qaz kəməri ya ölkənin sərbəst fəaliyyətini məhdudlaşdırmaqdan ötrü bəzi güclərin istifadə etdiyi cilov, yaxud birgə əməkdaşlıq və dəstək üçün bir dəhliz ola bilər. Bu reallığı dərk edərək, həm Respublikaçı, həm də Demokrat administrasiyalar enerji tədarükünün artırılması və şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər səylərin həyata keçirilməsi istiqamətində çalışırdılar.

Bununla yanaşı, dövlətlərin siyasi və diplomatik gücləri uğurlu boru kəməri və ya digər enerji layihəsini həyata keçirməyə kifayət etmir. Bu işdə uğurlu olmaq üçün enerji layihəsi ticari baxımdan əhəmiyyətli olmalıdır. Cənub Qaz Dəhlizi dövlətlər və şirkətlər arasında güclü bir tərəfdaşlıq sayəsində başladıldı və həyata keçirildi. Layihədə iştirak edən enerji şirkətləri və tədarükçüləri arasında möhkəm ortaqlıqlar, habelə bu şirkətlər və dövlətlər arasında yaxşı kommunikasiya əlaqələri və güclü tərəfdaşlıq var idi. Hökumətlər və şirkətlər arasındakı güclü əməkdaşlıq və əlaqələr, texniki mükəmməlliyə nail olma, ümumilikdə qəbul olunmuş iş təcrübələri və layihənin mürəkkəbliyi nəzərə alındıqda, toplam xərcin 40-45 milyard dollar məbləğində olacağı gözlənilirdi. Lakin layihənin ümumi xərcinin 33 milyard dollar ətrafında olduğu bildirilir. Cənub Qaz Dəhlizinin tamamlanması, Avropanın və ümumdünya enerji təhlükəsizliyinin artırılmasına əlavə dəyər qata bilər”.

İtaliya, Yunanıstan, Türkiyə və digər əsas CQD tərəfdaşlarını qazla təmin etməklə yanaşı yeni Trans-Adriatik Boru Kəmərinin CQD qazını Bolqarıstana nəql edəcəyini deyən sabiq səfir əlavə edib ki, bu sistem daha da genişləndirilə, növbəti mərhələdə Albaniya və Qərbi Balkanlarda yeni bazarlara çıxış imkanı əldə edə bilər:

“Bu, Türkiyənin 2021-ci ildə yaratmaq istədiyi fyuçers bazarı olan İstanbulda enerji mübadiləsi qurma planlarını asanlaşdıra bilər. CQD-nin TANAP seqmentinin Şərqi Aralıq dənizindən qaz nəqlinə və Türkiyənin enerji mərkəzinə çevirilmək üçün göstərdiyi səylərə kömək edə biləcəyi düşünülür. Mütəxəssislər Xəzər dənizinin Dostluq yatağında neft və qaz hasilatına icazə vermək üçün illərdir davam edən ikitərəfli mübahisələrə son qoymuş Azərbaycan və Türkmənistan arasındakı 2021-ci il yanvar müqaviləsinin şərtlərinin formalaşmasına kömək etdiyindən, CQD-nin tamamlanmasını yüksək qiymətləndirirlər. Tamamlanmış Cənub Qaz Dəhlizi, Xəzər dənizi boyunca qaz kəməri çəkildikdən sonra, Türkmənistandan qərbə qaz ixrac etmək üçün də lazımi imkanı təmin edə bilər. Türkmənistan hazırda boru kəməri qazını yalnız bir alıcıya - Çinə ixrac edir və təkcə 2020-ci ildə Çinə 6 milyard dollar dəyərində qaz satıb. Dünyanın ən böyük təbii qaz yataqlarından birinə sahib olan Türkmənistan, yeni bazarlara xeyli miqdarda satış edə bilər. Təchizatçılar da müştərilər kimi, müxtəlif tərəfdaşlardan faydalanırlar”.

Xəzər Siyasət Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri qeyd edib ki, layihənin son seqmentində ticari əməliyyatlara başlanılması Cənub Qaz Dəhlizi layihəsinin başa çatdığını göstərə bilər, eyni zamanda bu, hökumətlərin özəl sektorla ortaq şəkildə hansı uğurlara nail ola biləcəyinin də vacib modelini təqdim edir:

“Enerji təhlükəsizliyini artırmaq və dəyişən beynəlxalq enerji ehtiyaclarını ödəmək məqsədi,  Xəzər regionu ilə daha çox maraqlanmağa zəmin yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin