Redaktor
5 yaşında kibrit satan uşaqdan “İKEA” imperiyasına - İnqvar Kampradın inanılmaz uğur hekayəsi
Dünyaca məşhur mebel markası olan “İKEA” təkcə funksional məhsulları ilə deyil, həm də qeyri-adi quruluş hekayəsi ilə seçilir.
Valyuta.az xəbər verir ki, brendin banisi İnqvar Kamprad sadə kənd həyatından çıxaraq, uşaq yaşlarında başladığı ticarəti milyardlıq imperiyaya çevirməyi bacarıb.
Bu gün “İKEA” 50-dən çox ölkədə milyonlarla insanın həyatını dəyişdirən bir brendə çevrilib.
“İKEA” 1943-cü ildə İsveçin Småland bölgəsində İnqvar Kamprad tərəfindən yaradılıb. O zaman Kamprad cəmi 17 yaşında idi. Əvvəlcə poçt vasitəsilə qələm, cüzdan və kiçik ev əşyaları satırdı. 1948-ci ildən mebel satışına keçdi və bu addım “İKEA”nın gələcəyini müəyyənləşdirdi.
Markanın adının arxasında nələr gizlənir?
Markanın adı “Ingvar Kamprad”, “Elmtaryd” (ataçılıq etdiyi ferma) və “Agunnaryd” (doğulduğu kənd) sözlərinin baş hərflərindən ibarətdir. İlk fiziki mağaza 1958-ci ildə İsveçin Älmhult şəhərində açılıb. 1963-cü ildə Norveçdə, 1973-cü ildə isə İsveçrədə ilk xarici mağazalar fəaliyyətə başlayıb.
İnqvar Kamprad biznes fəaliyyətinə cəmi 5 yaşında kibrit sataraq başlayıb. Daha sonra balıq, toxuculuq məhsulları və dekor əşyaları sataraq satış təcrübəsini artırıb. O, erkən yaşlardan qazandığı bu bacarıqları gələcəkdə “İKEA”nın qurulmasına tətbiq edib.
İnqvar Kamprad dünyada ən qənaətcil milyarder kimi tanınırdı. "Forbes" onu dünyanın ən varlı adamlarından biri kimi göstərsə də, o ömrü boyu sadə avtomobil sürdü (Volvo), ucuz otellərdə qalırdı və tez-tez öz mağazasında yemək yeyirdi. Kamprad həyat tərzi ilə “İKEA”nın dəyərlərini əks etdirirdi. O deyirdi: “İnsanlar deyirlər ki, mən qənaətçiyəm və bu, mənə xoşdur”.
“İKEA”nı uğurlu edən nə oldu?
“İKEA”nın uğurunun əsas səbəbi funksionallıq, sadəlik və aşağı qiymətin vəhdətindən ibarət “demokratik dizayn” fəlsəfəsidir. Bu yanaşma, geniş istehlakçı kütləsinin həyatını asanlaşdırmağa yönəlib.
1956-cı ildə “İKEA”da ilk “flat-pack” - özün yığıla bilən mebel modeli istifadəyə verildi. Bu, məhsulların daşınma və saxlama xərclərini əhəmiyyətli dərəcədə azaltdı. Müştəri öz evində mebeli yığa bilir və bu model brendin qlobal miqyasda sürətlə yayılmasına şərait yaratdı.
“Əgər ucuz sata bilmirsənsə, istehsal etmə”
İnqvar Kamprad “İKEA”nın yalnız məhsul istehsal edən şirkət deyil, həm də mədəniyyət yaradan bir qurum olmasını istəyirdi. Onun yanaşmaları aşağıdakı istiqamətlərdə özünü göstərirdi:
Sərt xərcə nəzarət və qənaətcilik: Kamprad öz nümunəsi ilə qənaətin vacibliyini göstərirdi. Onun şəxsi həyat tərzi şirkətin xərclərinə və qiymət siyasətinə birbaşa təsir edirdi.
“İnsanlar deyirlər ki, mən qənaətçiyəm və bu, mənə xoşdur”.
Məqsəd - gündəlik insanlara xeyir vermək
O deyirdi: “Gözəl məhsulları yalnız varlılar üçün yox, hamı üçün əlçatan etmək istəyirik.
Sadə insanlara yaxın olmaq lazımdır, çünki mən onların içindən çıxmışam".
Sadəlik - əsas fəlsəfə
Kamprad sadəliyin kompleksliyi üstələdiyini vurğulayırdı: “Sadəlik bir dəyərdir. Yalnız orta səviyyəli insanlar mürəkkəb həllər gətirir”.
1976-cı ildə yazdığı “Mebel satıcısının vəsiyyəti”ndə isə deyirdi: “Əgər kifayət qədər ucuz satış edə bilmiriksə, o zaman məhsul istehsal edə bilmərik”.
Yüksək lider nümunəsi
Kamprad liderliyin nümunə olmaqdan ibarət olduğunu bildirirdi: “Yaxşı liderlik varsa, o, yaxşı nümunə göstərməkdir və mən bütün işçilərə buna görə cavabdehəm”.
Müştəri uğuru - prioritet
Onun fikrincə, müştəri məmnuniyyəti şirkətin varlığının əsas səbəbidir: “Bizim ən böyük qorxumuz müştəriləri məyus etməkdir. Uğurumuz isə bu qorxuya yol verməməyimizdən gəlir”.
Yenilik mədəniyyəti
Kamprad hər mağazanın fərqli olmasının tərəfdarı idi və deyirdi: ‘Biz heç vaxt tamamilə eyni mağaza açmayacağıq. Hər yeni mağaza ən yaxşısı olmalıdır, amma yenə də daim təkmilləşdiriləcək”.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025